Kərküklə bağlı gizli anlaşmalar
Şimali İraqda vəziyyət dəyişməkdədir. Kürdlərin muxtariyyatı üçün keçirilən referenduma ciddi dəstək verən Qərb, Avropa eyni təhlükənin özünə doğru çevrildiyini gördükdə onlara dəstək verməkdən ehtiyat etməli oldu. Son günlər Şimali İraqda gedən döyüşlərdə İraq ordusunun kürdlərə ciddi zərbələr vuraraq onları xeyli sıxışdırması, Kərkükdə indiyə qədər mövcud olan təhlükənin bir qədər uzaqlaşdırılması belə deməyə əsas verir. Təsadüfi deyil ki, elə kürdlər də açıq şəkildə məğlubiyyətə doğru getdiklərini etiraf edirlər. Dünənə qədər güc, təhdid dili ilə danışan Bərzani, bu gün daha məyus, sakit görünür. Başda Bərzani olmaqla kürdlər etiraf edirlər ki, Qərb, Birləşmiş Ştatlar onlara xəyanət etdi. Və söz verdikləri dəstəkdən imtina edərək onları İraq ordusu qarşısında acız buraxdı.
18 Oktyabr 2017 15:25 Dünyaİraq ordusu problemli bölgələrə yerləşdiriləcək və pəşmərgə döyüşçüləri geri çəkiləcək
Şimali İraqda vəziyyət dəyişməkdədir. Kürdlərin muxtariyyatı üçün keçirilən referenduma ciddi dəstək verən Qərb, Avropa eyni təhlükənin özünə doğru çevrildiyini gördükdə onlara dəstək verməkdən ehtiyat etməli oldu. Son günlər Şimali İraqda gedən döyüşlərdə İraq ordusunun kürdlərə ciddi zərbələr vuraraq onları xeyli sıxışdırması, Kərkükdə indiyə qədər mövcud olan təhlükənin bir qədər uzaqlaşdırılması belə deməyə əsas verir. Təsadüfi deyil ki, elə kürdlər də açıq şəkildə məğlubiyyətə doğru getdiklərini etiraf edirlər. Dünənə qədər güc, təhdid dili ilə danışan Bərzani, bu gün daha məyus, sakit görünür. Başda Bərzani olmaqla kürdlər etiraf edirlər ki, Qərb, Birləşmiş Ştatlar onlara xəyanət etdi. Və söz verdikləri dəstəkdən imtina edərək onları İraq ordusu qarşısında acız buraxdı.
Qərbin, Avropanın, Birləşmiş Ştatların, ürdlərin muxtariyyat referendumuna ilkin mərhələdə dəstək nümayiş etdirib, sonradan onlara yardım göstərməkdən imtina etməsinə bir neçə səbəb göstərilir. İlk səbəblərdən biri Avropanı da muxtariyyat, müstəqillik dalğasının bürüməsi təhlükəsidir. Məlumdur ki, İspaniyada katolonlar artıq belə bir iddianı ortaya qoyub və müstəqillik referendumu keçiriblər. Eyni tendensiyanın digər Avropa ölkələrinə də sirayət edəcəyi istisna deyil.
İkincisi, Qərb və Birləşmiş Ştatlar Şimali İraq məsələsində qarşısında real güc gördüı. Bu Türkiyə-Rusiya-İran gücü idi. Hər nə qədər bu 3 ölkənin öz şəxsi maraqları olsa da, sözügedən məsələdə həm Tehran, həm Ankara, həm də Moskva müttəfiqlik nümayiş etdirdi. Və qarşı tərəf Yaxın Şərqdə bu 3 dövlətlə üz-üzə gəlməyə lüzum görmədi.
Üçüncü bir versiya isə ondan ibarətdir ki, əslində kürdlərə dəstəkdən imtina yeni bir oyunun, planın tərkib hissəsidir. Və yaxın vaxtlarda həmin plan ətrafında atılacaq addımlarla Qərbin, Birləşmiş Ştatların əsas niyyətləri ortaya çıxacaq. Elə Çağdaş Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Seymur Süleymanov da Kərkükdə yeni bir planın həyata keçirilməsinıə hazırlıq getdiyi düşüncəsindədir. O, Kərküklə bağlı nəzərdə tutulan planın mümkün detalları barədə bunları deyib: "İraq ordusu Kərkükdə hərbi bazaları və neft quyularını ələ keçirmək üçün əməliyyatlara başladıqdan düz bir gün sonra, Bərzani hakimiyyətinə yaxınlığı ilə tanınan Rudaş xəbər agentliyi maraqlı bir məlumat yayımladı. Belə ki, Goran (Dəyişmə) Hərəkatının sədri Məsud Heydər, Kürdüstan Vətənpərvərlər İttifaqının sabiq sədri Cəlal Təlabaninin oğu Pavel Tələbani ilə Haşdi Şabi qruplaşmasının rəhbəri Hadi Amiri arasında 9 maddəlik gizli anlaşma imzalandığını iddia etdi. Bu anlaşma Kərkük və eləcə də Kürdüstanın gələcəyi üçün həyatı əhəmiyyət kəsb etməkdədir. 9 maddəlik anlaşmada qeyd edilənlər bunlardır. İraq ordusu, problemli bölgələrə yerləşdiriləcək və pəşmərgə döyüşçüləri geri çəkiləcək. Kərkük daxil 17 qəsəbə hökümətə təslim ediləcək. Kərkük mərkəzində ortaq idarəçilik olacaq. 15 Kürd məhəlləsində Kürdlər, 25 məhəllədə isə yerdə qalan digərləri hakim olacaq. Kərkükdəki strateji bölgələr mərkəzi Bağdad hökümətinə bağlı olacaq: Keyvan qərargahı, hava limanı və neft yataqları da bu sıraya aiddir". Mərkəz rəhbəri həmçinin qeyd edib ki,Süleymaniyə hava limanının fəaliyyəti, Süleymaniyə və Kərkükdəki məmur maaşlarının mərkəzi hökümət tərəfindən ödənilməsi, Süleymaniyə ərazisindəki peşmərgə güclərinin maaşlarının Bağdad höküməti tərəfindən ödənilməsi kimi məsələlərdə həmin sənəddə əksini tapır: " Hələbçə, Süleymaniyə və Kərkük bölgəsinin qurulması, Bu bölgə üçün yeni bir hökümətin yaradılması da plana daxildir.Qeyd edim ki, məqalədə pəşmərgə güclərinə geri çəkilmə əmrini Pavel Tələbaninin verdi vurğulanır.Bununla da görünür bölgədə gizli anlaşma alış-verişi edilməkdədir. Və buna görə də İraq ordusu ilə Haşdi Şabi qruplaşması Kərkükə çox rahat şəkildə daxil olub, şəhəri ələ keçirə bildilər. Fikrimcə gizli anlaşmalar bunlarla kifayətlənmir. Və heç şübhəsiz anlaşmalar 2-3 gün içərisində yox, Ərbilin referendum zamanına çox az bir müddət qalmış əldə edilib. Çünki ilk başda İraq höküməti çox arxayın şəkildə qarşı tərəfi müharibə ilə hədələyirdi. Və vaxt məhdudiyyəti qoyaraq, ordunu şəhərə daxil edəcəyini bildirmişdi".
S.İsmayılbəyli