Gündəm

Büdcədənkənar fonda ayrılmış vəsaitin həcmini açıqlanıb

18 Oktyabr 2017 15:00

Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 1 oktyabr 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 62 mln. 229,99 min manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 57,86 mln. manat olub.

Məmmədyarov Sarkisyanı ifşa etdi: “Razılaşmanı pozub”

18 Oktyabr 2017 14:58

"Prezidentlərin Cenevrə görüşünə dair ATƏT, Azərbaycan və Ermənistan XİN-in birgə yaydığı bəyənat Azərbaycan və Ermənistan prezidentləri tərəfindən şəxsən razılaşdırılıb və orada nələrin yer almasını özləri söyləyiblər".

Bu dinləmələr Ermənistana dəstəyin növbəti formasıdır”

18 Oktyabr 2017 14:56

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasının ermənipərəst rəhbəri Kristofer Smitin təşəbbüsü ilə Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçiriləcəyi bildirilir.

Təcili yardım can verən uşağın yanına getmədi

18 Oktyabr 2017 14:47

Rusiyanın Penza şəhərində təcili yardım heyəti can verən uşağı ölümdən qurtarmaq üçün çağırışa getməyib. Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsi faktla bağlı araşdırmalara başlayıb. 

Vaqif Əsədov: “Qarabağ”ın oyunundan sonra tamaşaçıların avtobuslarla daşınması təmin ediləcək”

18 Oktyabr 2017 14:44

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün UEFA Çempionlar Liqasının III turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) – “Atletiko” (Madrid) oyunu ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxt sakinlərinə müraciət edib.

Ev alan jurnalistlərlə görüş keçiriləcək

18 Oktyabr 2017 14:40

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yeni binadan mənzil almış şəxslərlə görüş keçiriləcək. Novator.az-a açıqlama verən “Jurnalist evi” MMC-nin direktoru Bünyamin İsmayılov deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (Mətbuat prospekti, 529-cu məhəllə) keçiriləcək görüşdə mənzillərin bağışlanması müqavilələri bağlanacaq.

Bakıda iki müəmmalı yol nişanı - Onları 6 min manat cərimə gözləyir

18 Oktyabr 2017 14:35

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Bakı şəhərində biri qanunda nəzərdə tutulmayan, digəri isə birlikdə tətbiq edilməsi mümkün olmayan nişanların qoyulması ilə bağlı məlumat paylaşıb. Məlumat ictimailəşəndən sonra DYP açıqlama yayaraq, həmin nişanların onlar tərəfindən quraşdırılmadığını açıqlayıb. Dərhal nişanlardan biri götürülüb. Həmin yol nişanlarının kimlər tərəfindən quraşdırıldığı məlum deyil. 

Sabah yağmurlu hava olacaq

18 Oktyabr 2017 14:31

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-13° isti, gündüz 17-20° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacağı gözlənilir.

Dağlıq Qarabağdakı erməni separatçılarının əsas sponsorlarından biri öldü

18 Oktyabr 2017 14:28

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçıları və terrorçularının əsas sponsorlarından biri olan rusiyalı sahibkar Levon Ayrapetyan ölüb. Milyarderin qohumları onun öldüyünü təsdiqləyiblər.

AFFA-dan Meza Kolliyə cəza

18 Oktyabr 2017 14:26

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərar qəbul edilib: Topaz Premyer Liqasının 8-ci turunun "Səbail" - "Neftçi" matçının 85-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Ermənilər Şahbaz Quliyevi İrəvandan Şuşaya apardılar

18 Oktyabr 2017 14:24

Aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən Dövlət Komissiyasına verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib.

"Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir"

18 Oktyabr 2017 14:22

"Erməni xalqı tamamilə anlayır ki, "dondurulmuş" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyir gətirmir". Bunu  ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sobhani deyib.

Polis generalından mitinqlə bağlı XƏBƏRDARLIQ

18 Oktyabr 2017 14:17

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib. Bu barədə  açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək: "Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya və ya yürüş keçirməyə cəhd edərlərsə, bunun qarşısı tərəfimizdən qətiyyətlə alınacaq. Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar".

Anadoluda 4 min illik türk məzarı tapıldı 

18 Oktyabr 2017 14:09

Türkün Anadoluya Malazgirt savaşı ilə girmədiyini sübut edən dəlillər üzə çıxmaqdadır. Hakkaridə 4 min illik türk məzarı aşkar edilib. Bundan başqa Anadolunun müxtəlif yerlərində qayaüstü rəsmlər, damğalar, işarələr, qəbirlər də türkün ərazidə bir neçə min il əvvəl də yaşadığını sübut edir. Van vilayətinin "Yüzüncü Yıl" universiteti arxeologiya fakultəsinin dekanı professor doktor Vəli Sevin də Anadolu qapılarının Malazgirt savaşı ilə açılmadığını, türklərin bir neçə min il əvvəl Anadoluda yaşadıqlarını bildirib.

Çin yeni internet sistemi yaradır - "ÖZÜMÜZ NƏZARƏT EDƏCƏYİK"

18 Oktyabr 2017 14:06

Çin özünün idarə edəcəyi yeni internet sistemi yaratmaq niyyətindədir. Bu barədə Çin prezidenti Si Szinpin Çin Kommunist partiyasının 19-cu qurultayında çıxışı zamanı deyib. "Yaradılacaq internet sahə aktivləşdirildikdən sonra bütün idarəetmə bizim əlimizdə olacaq.