Gündəm
“Albert Gəncəli” Rusiyada kriminal müharibədən sağ çıxdı, Moskvaya GƏLDİ və...
Sankt-Peterburq şəhərində “Kresti” həbsxanasında cəza çəkən “Albert Rıjıy” (“Albert Gəncəli” olaraq da tanınır) ləqəbli azərbaycanlı avtoritet Əli Heydərov Moskvaya etap olunub. “Praym kraym” saytı “Albert Rıjıy”ın Moskvada “qanuni oğru” kimi qarşılandığını yazır.
Çingiz Qənizadə: “Smit erməni diasporunun təsiri altındadır”
“Bu gün ABŞ-ın Helsinki Komissiyasında keçirilməsi nəzərdə tutulan Dağlıq Qarabağla bağlı dinləmələrin məqsədi erməni işğalına haqq qazandırmaq, ermənini yardıma ehtiyacı olan kimi təqdim etmək, Azərbaycanın yeni hərbi üsullara əl atmaqla torpaqlarının işğaldan azad olunması və ümumiyyətlə bu istiqamətdə gələcəkdə hər hansı bir addımın atılmasının qarşısını almaqdır”. Bunu Milli Məclisin üzvü Çingiz Qənizadə deyib.
Romans müsabiqəsinin qaliblərinin konserti - Muğam Mərkəzində
Beynəxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası Mədəniyyət kanalının layihəsi olan romans müsabiqəsinin qaliblərinin konserti keçirilib.Tədbirdə Mədəniyyət kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə bu ilin iyun ayında start verilən romans janrı üzrə müsabiqənin qaliblərinin nəticələri bəlli olub. Olaylar bildirir ki, tədbirdə Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış edərək yeni nəsil bəstəkarlarının yaratdığı romansların gələcək nəsil üçün önəmindən söhbət açdı və belə bir layihənin gənc bəstəkarlar üçün böyük örnək olduğunu qeyd etdi. Sonra Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova çıxış etdi.
23307 manat məbləğində cərimə tətbiq edildi
1-15 oktyabr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Olaylar bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.
Moskvada bu dəfə kitabxanaya "bomba qoyuldu"
Moskvada polis əməkdaşları anonim zənglərdən sonra Kursk və Paveletsk vağzallarında, eləcə də Rusiya Dövlət Kitabxanasında axtarışlar aparılıb. Məlumatına görə, bu binalarda bomba qoyulması barədə zənglərdən sonra təxliyələr aparılıb.
Barselonada etiraz: Liderlər həbs edildi, xalq ayağa qalxdı
“Mədəniyyət toplumu” (Òmnium Cultural) və Kataloniya Milli Birliyi (Assemblea Nacional Catalana) adlı dinc qurumların başında gələn və “İki Jordi” adı ilə tanınan aktivistlər Barselonada etiraz aksiyası keçirib.
"Rusiyanı cəzalandırmaq arzusundayıq"
"Böyük Britaniya Rusiya ilə normal münasibətləri bərpa edə bilmir. Çünki, Rusiya özünü elə aparır ki, sanki iki ölkə arasında soyuq müharibə gedir. Bizim məqsədimiz Rusiya ilə normal münasibətləri qoruyub saxlamaqdır. Lakin, əmin olun ki, dağıdıcı və düşmənsayağı münasibətə görə Rusiya cəzalandırılacaq".
Nazir: "Ermənistan prezidentinin bəyanatdan kənara çıxması düzgün deyil"
"Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanda böyük maraq doğurur. Hazırda Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Xüsusilə tərəfdaşlıq sazişi ilə bağlı işlər gedir". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Sarkisyandan sonuncu Qarabağ görüşü ilə bağlı ŞOK ETİRAF: “Biz Əliyevə...”
“Ermənistan Cenevrədə Vayana və Sankt-Peterburq razılaşmalarından (atəşkəsə nəzarət mexanizmi - red.) imtina edərək, məğlub oldu”. Bu barədə erməni politoloq Manvel Sarkisyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.
Yohannes Han: "Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır"
"Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır". Bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, Aİ ilə Azərbaycan münasibətləri yeniləmək və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişlə əlaqələrin tam potensialını inkişaf etdirmək niyyətindədir: "Hələlik adı məlum olmayan bu saziş ortaq fundamental dəyərlər və prinsiplər əsasında əlaqələrimizi genişləndirəcək və dərinləşdirəcək, qarşılaşdığımız çağırışlar və ortaq qlobal, siyasi-iqtisadi maraqları nəzərə alacaq. Saziş siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcək".
İş elanı: "Kim cəllad olmaq istəyir?"
Zimbabvedə 52 nəfər vakant cəllad işində alışmaq üçün müraciət edib. Zimbabve ədliyyə nazirinin müavini Virciniya Mabhizanın dediyinə görə, "vətəndaşlar bu işdə çalışmaqda çox maraqlıdır": "İş elanından sonra müraciət edənlər arasında kişilərlə yanaşı, qadınlar da var".
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Azərbaycanda bu ilin 9 ayında doğulan körpələrə yenə də ən çox Yusif (2212) və Zəhra (2054) adları verilib. Daha çox verilən adlar arasında Nuray (1652), Hüseyn (1472), Əli (1603), Fatimə (1125), Zeynəb (1203), Aylin (1148), Ömər (1225), Məhəmməd (1090), Ayan (831), Murad (968), Məryəm (1217), Mələk (1106), Xədicə (682), Ayxan (829), Mədinə (706), Uğur (1149), Dəniz (1096), Leyla (666), Gülay (561), İbrahim (661), Tunar (685), Fidan (510), Kənan (499), Səma (602), Nihad (471), Nəzrin (445), Yağmur (468), Həsən (450), Ümid (555), Fərid (433), İnci (572) kimi adlar yer alıb.
Azərbaycanlı "Nəğd pul" Dağıstanla Çeçenistanda dillər əzbəri oldu - VİDEO
Dağıstanda və ümumiyyətlə, Şimali Qafqazda artıq iki ildir ki, "Julamur" mahnısı dillər əzbəridir. Dağıstan, Çeçenistan və Şimali Osetiyadan reperlər "Timaro", "Skimal", "Leos", "İdris və Ömər Əlibutayevin birgə ifası olan "Julamur"un klipi hazırda Rusiyada rep janrında çəkilmiş ən yaxşı kliplərdən biri sayılır.
Teatr direktoru məşhur teleaparıcını sərt tənqid etdi: "Düşünülməmiş fikirlərdir"
"Bu adamın teatrın fəaliyyətindən, repertuarından, tarixindən heç xəbəri yox imiş. Çox təəssüf edirəm ki, bu gün jurnalist, aparıcı Azərbaycan teatrının tarixini bilmədən bu şəkildə danışır. Gənc Tamaşaçılar Teatrı Azərbaycan teatr tarixinə neçə-neçə böyük sənətkarlar bəxş edib və bu gün də bu proses davam edir. Teatrımızın 250-dən çox heyəti var. Bu qədər heyəti olan teatra necə "balaca" demək olar axı?!" .
Beyləqanda anbar mal qarışıq yanıb
Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəlad Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Şərq qəsəbəsində ümumi sahəsi 16 m2 olan anbarın yanar konstruksiyaları və içərisində olan ərzaq və qarışıq mallar yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.














