Şalva Papuaşvili: “Abxaziya və Sxinvalidən imtina hesabına Aİ-yə üzvlüyün Gürcüstan üçün heç bir dəyəri yoxdur” – ÖZƏL
13:20 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Abxaziya və Tsxinvali regionu (Cənubi Osetiya) olmadan Avropa İttifaqına üzvlük Gürcüstan üçün heç bir əhəmiyyət kəsb etmir. O, müxalifətçi siyasi xadimlərin, xüsusən də Nika Qvaramiyanın Gürcüstanın Aİ-yə inteqrasiyası naminə ərazi bütövlüyündən imtina etməsi ideyasını kəskin tənqid edib və bunu xaricdən idarə olunan təbliğat kampaniyasının tərkib hissəsi adlandırıb.
Papuaşvili vurğulayıb ki, gürcü xalqı bu cür güzəştləri heç vaxt qəbul etməyəcək və ölkənin ərazi bütövlüyünü şübhə altına almaq cəhdləri dərhal dayandırılmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31