İş elanı: "Kim cəllad olmaq istəyir?"
Zimbabvedə 52 nəfər vakant cəllad işində alışmaq üçün müraciət edib. Zimbabve ədliyyə nazirinin müavini Virciniya Mabhizanın dediyinə görə, "vətəndaşlar bu işdə çalışmaqda çox maraqlıdır": "İş elanından sonra müraciət edənlər arasında kişilərlə yanaşı, qadınlar da var".
18 Oktyabr 2017 13:43 DünyaZimbabvedə 52 nəfər vakant cəllad işində alışmaq üçün müraciət edib. Zimbabve ədliyyə nazirinin müavini Virciniya Mabhizanın dediyinə görə, "vətəndaşlar bu işdə çalışmaqda çox maraqlıdır": "İş elanından sonra müraciət edənlər arasında kişilərlə yanaşı, qadınlar da var".
Zimbabvedə son 12 il ərzində edam cəzası gerçəkləşdirilməyib. 2013-cü ildə Zimbabvedə qəbul edilmiş yeni Konstitusiyaya görə, əgər cinayət törədilən zaman cinayətkarın yaşı 21-dən az və ya 70-dən çox olarsa, həmin şəxs barəsində edam qərarı həyata keçirilmir. Zimbabvedə cəllad vəzifəsi 2005-ci ildən bəri vakant qalıb. Vitse-prezident Emmerson Mnanqava isə bəyan edib: "Nə qədər ki, mən vəzifədəyəm, kimsə edam edilməyəcək". Hazırda Zimbabvedə ölüm hökmü almış 92 məhbus var. Milli.Az The Zimbabwe News Live-ə istinadən xəbər verir.