Qərb koalisiyası ilə Rusiya arasında hərbi gərginlik davam edəcək - ÖZƏL
12:51 Siyasət
"ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də Konqresin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb. Bu qanunun əsas müəllifi olan senator Lindsi Qremin adı verilib. Bu qanun prezident Rusiya rəhbərliyinə, böyük biznesmenlərinə, yanacaq-enerji müəssisələrinə, banklarına, kölgə donanmasına qarşı sanksiyalar tətbiq edə biləcək. Həm Avropa İttifaqının, həm də ABŞ bu sanksiyaları Rusiya iqtisadiyyatını təkcə hədəf almır. Ondan neft məhsulları alan şirkətləri də hədəf alacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Donald Trampın xüsusi nümayəndəsi Uitkof və Kuşner bir müddət bundan əvvəl Rusiyaya səfər edərək müharibənin dayandırılması üçün V. Putinlə görüş keçirdilər. Bu görüşə kimi D. Tramp qanunu imzalamırdı. Rusiya rəhbərliyinin müharibəni davam etdirmək və D. Trampın təkliflərini qəbul etməməsi fonunda artıq bu qanun imzalandı. Bununla paralel ABŞ Ukraynaya 2 milyard dollardan artıq hərbi paket ayırdı. Göründüyü kimi Ukraynaya dəstək artır və Rusiyaya təzyiqlər genişlənir. Rusiya bu təzyiqlərə qarşı Latviya, Litva və Estoniyaya qarşı hibrid təhdidləri artırır.
Qərb koalisiyası ilə Rusiya arasında hərbi gərginlik davam edəcək. Tərəflərin bir masada oturub danışıqlar yolu ilə böhranı həll etmək üçün ortaq məxrəci yoxdur. Bu da diplomatiyanın tükənməsi deməkdir. Artıq bütün proseslər döyüş meydanında həll ediləcək"