Lavrov Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyana təbrik teleqramı ünvanlayaraq Ermənistan xalqını müstəqilliyin 35 illiyi münasibətilə təbrik edib. 

Rusiya XİN-in saytında dərc olunan mesajda Lavrov iki ölkənin xarici siyasət idarələri arasında fəal dialoqun saxlanılması da daxil olmaqla, hərtərəfli Rusiya-Ermənistan əməkdaşlığının hər iki xalqın mənafeyinə uyğun olduğuna əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31