Azərbaycanlı "Nəğd pul" Dağıstanla Çeçenistanda dillər əzbəri oldu - VİDEO
Dağıstanda və ümumiyyətlə, Şimali Qafqazda artıq iki ildir ki, "Julamur" mahnısı dillər əzbəridir. Dağıstan, Çeçenistan və Şimali Osetiyadan reperlər "Timaro", "Skimal", "Leos", "İdris və Ömər Əlibutayevin birgə ifası olan "Julamur"un klipi hazırda Rusiyada rep janrında çəkilmiş ən yaxşı kliplərdən biri sayılır.
18 Oktyabr 2017 13:38 MədəniyyətDağıstanda və ümumiyyətlə, Şimali Qafqazda artıq iki ildir ki, "Julamur" mahnısı dillər əzbəridir. Dağıstan, Çeçenistan və Şimali Osetiyadan reperlər "Timaro", "Skimal", "Leos", "İdris və Ömər Əlibutayevin birgə ifası olan "Julamur"un klipi hazırda Rusiyada rep janrında çəkilmiş ən yaxşı kliplərdən biri sayılır.
Klipə YouTube-da sosial şəbəkələrin fenomeninə çevrilmiş "Kama Pulya" da çəkilib. "Timaro" kimi tanınan mahaçqalalı reper Timur Umarovun dediyinə görə, mahının ərsəyə gəlməsində azərbaycanlı reper "Nəğd pul"un böyük əməyi var. "Nadir Hüseynov, yəni "Nəğd pul" Bakıdan Mahaçqalaya gəlmişdi, bizim şəhərdə yaşayırdı. Onunla iki il yarım əla işlədik. Sonuc yaxşı oldu: mahnılarımızı tək Dağıstan və Çeçenistanda yox, bütün Rusiyada oxuyurlar. Nadir Dağıstanla Çeçenistanlda əsl ulduza dönüb", - T.Umarov deyib. Onun sözlərinə görə, N.Hüseynovla birlikdə Bakıda bir neçə konsert verməyə, layihələri gerçəkləşdirməyə hazırlaşır.