“Universitet tələbəyə təkcə diplom deyil, gələcəyə hazırlıq verməlidir” – MÜSAHİBƏ 

15 Sentyabr yeni tədris ilinin başlanğıcı ilə yanaşı, tələbələr üçün yeni bilik və imkanların qapısını açır. Müasir əmək bazarında isə gənclərdən yalnız akademik bilik deyil, praktiki təcrübə, beynəlxalq sertifikatlar və müxtəlif peşəkar bacarıqlar da tələb olunur. Beynəlxalq təlimçi və ekspert Bella Bəşirova ilə müsahibəmizdə təhsildə müasir yanaşmalar, Bakı Biznes Universitetində tələbələrin inkişafı üçün yaradılan imkanlar, beynəlxalq təlim və sertifikat proqramlarının əhəmiyyəti, eləcə də gənclərin əmək bazarına hazırlığı barədə danışdıq.

Bella Bəşirova: "Bakı Biznes Universiteti tələbələrə təkcə diplom yox, gələcəyin rəqabətədavamlı bacarıqlarını qazandırır"

-15 Sentyabr - Bilik Günü münasibətilə tələbələri və təhsil ictimaiyyətini bir ekspert beynəlxalq təlimçi kimi necə təbrik edərdiniz?

-Bütün tələbələri, professor-müəllim heyətini və xüsusilə də ali təhsil həyatına yeni qədəm qoyan gənclərimizi 15 Sentyabr- Bilik Günü münasibətilə ürəkdən təbrik edirəm!  beynəlxalq təlimçi kimi hər zaman vurğulayıram ki, müasir dünyada təhsil yalnız auditoriyada mühazirə dinləməkdən ibarət deyil. Yeni tədris ili gənclər üçün yalnız akademik biliklər yox, həm də şəxsi və peşəkar inkişaf üçün böyük bir imkan pəncərəsidir.

-Siz Bakı Biznes Universitetinə (BBU) dəvətli beynəlxalq təlimçi və ekspert kimi dərslər və təlimlər keçirsiniz. BBU-nun tədrisə və tələbə inkişafına yanaşmasını necə dəyərləndirirsiniz?

-Bir neçə universitetdən dəvət alsamda onlarin bəzilərinin tədris metodlari biz təlimcilərin keçdiyi  təlim  kvalikasiyamıza uyğun gəlmir. Mən BBU nu seçdim,  BBU-nun ən təqdirəlayiq cəhəti odur ki, universitet rəhbərliyi və kafedralar müasir əmək bazarının nəbzini çox dəqiq tutur. Bu gün işəgötürənlər üçün təkcə nəzəri bilik (sərt bacarıqlar / hard skills) kifayət etmir; gənclərdən çeviklik, ünsiyyət, layihə idarəetməsi, kritik təfəkkür kimi yumşaq bacarıqlar (soft skills) və beynəlxalq sertifikatlar tələb olunur. Mən daxildən bir ekspert kimi müşahidə edirəm ki, BBU tələbələrinə yalnız diplom verməklə kifayətlənmir. Universitet müasir təlim metodlarını, interaktiv praktikumları və tətbiqi bilikləri tədris prosesinə intensiv şəkildə inteqrasiya edir.

-Ötən tədris ilində bu istiqamətdə hansı konkret işlər görüldü? Məzun olacaq tələbələr üçün nə kimi imkanlar yaradıldı?

-Çox mühüm bir məqama toxundunuz. Konkret misal çəksək, ötən tədris ilində BBU-nun "Biznesin təşkili və bələdiyyə idarəetməsi" kafedrası bu sahədə çox böyük və nümunəvi bir təşəbbüs göstərdi.
Kafedra tərəfindən xüsusi olaraq 4-cü kurs tələbələri üçün beynəlxalq sertifikatlı kouçlar və dəvət olunmuş qonaq beynəlxalq sertifikatli təlimçilər cəlb olundu. Məqsəd məzun həddində olan tələbələrin əmək bazarına tam hazır girməsini təmin etmək idi. Bu təlimlər çərçivəsində tələbələr:
Beynəlxalq standartlara cavab verən practical master-klasslarda iştirak etdilər; Diplomla yanaşı, CV-lərini zənginləşdirən əlavə beynəlxalq və peşəkar sertifikatlar əldə etdilər; Real biznes ssenariləri və idarəetmə metodologiyaları üzərində tətbiqi bacarıqlar qazandılar. Bu, tələbənin universiteti bitirərkən artıq hazır bir mütəxəssis kimi bazara daxil olmasına birbaşa zəmin yaradır.

-Yeni tədris ilinin başlaması münasibətilə gənclərə və tələbələrə əsas tövsiyəniz nədir?

-Tələbələrə tövsiyəm odur ki, universitetin yaratdığı bu imkanlardan maksimum yararlansınlar. Mühazirələrlə kifayətlənməyib, kafedraların təşkil etdiyi beynəlxalq təlimlərdə, sertifikat proqramlarında və master-klasslarda fəal olsunlar. BBU gənclərə özlərini kəşf etmək və beynəlxalq rəqabətə hazırlaşmaq üçün mükəmməl bir platforma təqdim edir. Bütün tələbələrə yeni tədris ilində uğurlar və yüksək nailiyyətlər arzulayıram!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31