Qətər Hörmüz boğazının açılmasından sonra mayeləşdirilmiş təbii qaz istehsalını bərpa etməyə hazırdır- ÖZƏL

Qətər hakimiyyəti Hörmüz boğazının açılmasından bir neçə həftə sonra mayeləşdirilmiş təbii qaz (LNG) hasilatını bərpa etməyə hazırdır. Olaylar.az xəbər verir ki, bu barədə Qətərin energetika üzrə dövlət naziri və QatarEnergy-nin baş direktoru Saad bin Şəridə Əl Kaabi məlumat verib.
O, Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, "Bir neçə həftə ərzində normal fəaliyyətə qayıda biləcəyik".
Bundan əlavə, Qətərin dövlət naziri vurğulayıb ki, Hörmüz boğazının açılması ölkənin əlavə LNG istehsal qatarlarını nə vaxt istismara verəcəyini müəyyən edəcək. O əlavə edib ki, ölkə hazırda İran tərəfindən təyin olunmuş dəhlizlər də daxil olmaqla, Hörmüz boğazından "az miqdarda" LNG ixrac edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31