Təcili yardım can verən uşağın yanına getmədi
Rusiyanın Penza şəhərində təcili yardım heyəti can verən uşağı ölümdən qurtarmaq üçün çağırışa getməyib. Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsi faktla bağlı araşdırmalara başlayıb.
18 Oktyabr 2017 14:47 DünyaRusiyanın Penza şəhərində təcili yardım heyəti can verən uşağı ölümdən qurtarmaq üçün çağırışa getməyib. Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsi faktla bağlı araşdırmalara başlayıb. Oktyabrın 12-də Penza şəhərindəki Konnozavodskaya küçəsində qardaşı ilə yolu keçən 9 yaşlı oğlanı maşın vurub. Olay axşam saatlarında baş verib və yerli vaxtla 19.05-də Təcili Yardıma zəng vurulub. Hadisə yerinə reanimobil isə bir saat sonra gəlib. Ağır xəsarətlər almış uşaq artıq ölmüşdü. 9 yaşlı oğlanı vurmuş şəxs, Kia Sorento markalı avtomobilin sahibi tutulub. "Uşağı maşın vurduğunu görəndə Zareçnıdan təcili yardım çağırdım. Lakin təcili yardım xidmətində "Ora bizim ərazi deyil, gələ bilmərik" dedilər", - şahidlərdən biri deyib. Milli.az "Penzenskaya Pravda"ya istinadən xəbər verir.