Məmmədyarov Sarkisyanı ifşa etdi: “Razılaşmanı pozub”

"Prezidentlərin Cenevrə görüşünə dair ATƏT, Azərbaycan və Ermənistan XİN-in birgə yaydığı bəyənat Azərbaycan və Ermənistan prezidentləri tərəfindən şəxsən razılaşdırılıb və orada nələrin yer almasını özləri söyləyiblər".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda keçirdiyi mətbuat konfransında bildirib. XİN rəhbəri vurğulayıb ki, Ermənistan prezidenti məsuliyyətsizcəsinə bəyənatdan kənara çıxıb və razılaşmanı pozub: "Prezidentlərin danışıqları zamanı bir sıra məsələlər müzakirə olunub və prezidentlər danışıqların intensivləşməsinə dair razılığa gəliblər. Həmsədrlərin danışıqları ilin sonuna kimi intensiv şəkildə aparacaqlarına dair təklifləri var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31