Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının komitə iclasına qatılacaq
12:47 SosialMilli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev sentyabrın 22-də bu təşkilatın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcək. Milli Məclisdən "Olaylar"a bildirilib ki, millət vəkili səfər çərçivəsində qurumun Bürosuna seçkilərdə, ümumi müzakirələrdə və digər mövzuları əhatə edən qətnamə layihələrinin müzakirəsində iştirak edəcək. Səfər sentyabrın 27-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31