Gündəm

Gənc Tamaşaçılarda Müstəqillik Günü

18 Oktyabr 2017 16:23

18 oktyabr Dövlət Müstəqilliyi Günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunub. Olaylar bildirir ki, Dövlət Himni səsləndikdən sonra tədbiri açıq elan edən teatrın direktoru, Respublikanın Əməkdar Artisti Mübariz Həmidov Müstəqillik Günü münasibəti ilə kollektiv üzvlərini təbrik edərək qeyd etdi ki, hər bir xalq zaman-zaman öz müstəqilliyini əldə etmək, öz taleyinə sahib çıxmaq arzusunda olub.

"Abşeron" yatağının "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin infrastrukturuna birləşdirilir

18 Oktyabr 2017 16:19

"Neftqazelmitədqiqatlayihə" İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq "Independent Projects Analysis" (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilib.

Türkiyəyə ərə gedən Cəmilə: Ərimlə məni şantaj edir

18 Oktyabr 2017 16:16

Sentyabrın 16-da Türkiyədə nikahımız oldu. Toydan 2 gün sonra keçmiş arvadı həyat yoldaşıma yazmağa başladı. Cavab verməyəndə, mənə yazıb şantaj edirdi. Bu sözləri axşam.az-a açıqlamasında aktrisa Cəmilə Tağızadə deyib.

“Next Level Azerbaijan” proqramı təqdim edildi

18 Oktyabr 2017 16:15

Mədəniyyət və İncəsənət Universitetində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının təqdimatı keçirilib. Olaylar bildirir ki, tədbirdə Universitetin Beynəlxalq işlər üzrə prorektoru professor Gülşən Əliyeva və Səfirliyin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyev tələbə heyətinə “Next Level Azerbaijan” proqramı haqqında ətraflı məlumat verib.

Kimlər daha çox qeybət xəstəliyinə yoluxurlar?

18 Oktyabr 2017 16:03

Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə halı, xasiyyəti, ağlı və istedadı da birgə doğulur. Müstəsna hallar var ki, öncə insanın düşdüyü mühüt və şərait nəzərdə tutulur. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir. Təbii ki, bu bir başqa yazının mövzusudur.

Müasir dünya çevik, innovativ manevrlər tələb edir

18 Oktyabr 2017 16:01

Zamanın tələbinə, müasir dövrün çağırışlarına uyğun olaraq hər bir ölkənin idarəetmə sistemində təkmilləşdirmə aparmaq, çevik idarəçilik sistemi yaratmaq günümüzdə vacib olan addımlardandır. Bu zərurəti bir neçə il əvvəl dünyanı bürüyən neft və maliyyə böhranı fonunda açıq-aydın hiss etdik.

Qarabağ problemi həll edilsə, Sarkisyan hakimiyyəti məhv olar

18 Oktyabr 2017 15:59

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü siyasi icmalçıların müzakirə predmetinə çevrilib. Görüşün təfərrüatlarının hələlik açıqlanmaması barədə razılıq əldə olunsa da Ermənistan prezidenti xarakterinə uyğun olaraq bəzi detalları ictimaiyyətə sızdırmaq cəhdində bulunub.

Korrupsiyaya qarşı mübarizə davam edən bir prosesdir

18 Oktyabr 2017 15:57

Korrupsiya və rüşvətxorluq bu gün demək olar ki, bütün cəmiyyətlərdə yayılmış əsas problemlədən biridir. Etiraf etmək lazımdır ki, Azərbaycanda da bu kimi neqativ hallar, mənfi tendensiya zaman-zaman yaşanıb və günümüzdə də az bir faizdə də olsa ölkədə həmin mənfi tendensiya halları müşahidə edilir.

“Kanon mənim övladımdı”

18 Oktyabr 2017 15:53

Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmış qədim musiqi alətlərindən biri də kanondu. Bu gün gənclər arasında qədim xalq çalğı alətlərinə maraq az olsa da, onları yaşadan ifaçılarımız var. Bu gün kanonu yaşadan, onu qoruyan ifaçılardan da biri Humay Abbasovadı. Humay xanımla olan müsahibəni təqdim edirik.

Müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir

18 Oktyabr 2017 15:50

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Müstəqilliyi qoruyub-saxlamaq üçün gərək hər bir sınaqlara hazır olasan, istənilən əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.

Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu

18 Oktyabr 2017 15:49

Muğam Mərkəzində oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı mərasimi keçirildi. Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib. Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar. Olaylar bildirir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib. Nazir simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaranmasından söz açıb.

Minsk Qrupunun“sülhməramlı” fəaliyyəti iflasa uğrayıb

18 Oktyabr 2017 15:44

Nəhayət ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri uzun fasilə və müzakirələrdən sonra Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə nail oldular. Beləliklə, vasitəçilərin səyi nəticəsində İlham Əliyevlə Serj Sarkisyan Cenevrədə bir araya gəldilər. Əvvəldən də dövlət başçılarının görüşündə Dağlıq Qarabağ probleminin həllı istiqamətində ciddi bir irəliləyişə nail olunmayacağı ehtimal edilirdi.

Əməkdar artist Ayşad Məmmədov işdən çıxarılıb

18 Oktyabr 2017 15:41

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub. Teatrdan  verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb. “Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.

FHN-in Akademiyasında müstəqillik günü qeyd olunub

18 Oktyabr 2017 15:40

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. FHN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrik edib. Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salan Akademiya rəisi bildirib ki, Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Qeyd edib ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib.

Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb

18 Oktyabr 2017 15:38

 Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb. XİN-dən “Olaylar2a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlər, habelə müqavilə-hüquq bazası və baxılmaqda olan sənədlərin vəziyyətinə nəzər salındı və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı.