Gənc Tamaşaçılarda Müstəqillik Günü
18 oktyabr Dövlət Müstəqilliyi Günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunub. Olaylar bildirir ki, Dövlət Himni səsləndikdən sonra tədbiri açıq elan edən teatrın direktoru, Respublikanın Əməkdar Artisti Mübariz Həmidov Müstəqillik Günü münasibəti ilə kollektiv üzvlərini təbrik edərək qeyd etdi ki, hər bir xalq zaman-zaman öz müstəqilliyini əldə etmək, öz taleyinə sahib çıxmaq arzusunda olub.
18 Oktyabr 2017 16:23 Teatr və kino18 oktyabr Dövlət Müstəqilliyi Günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunub. Olaylar bildirir ki, Dövlət Himni səsləndikdən sonra tədbiri açıq elan edən teatrın direktoru, Respublikanın Əməkdar Artisti Mübariz Həmidov Müstəqillik Günü münasibəti ilə kollektiv üzvlərini təbrik edərək qeyd etdi ki, hər bir xalq zaman-zaman öz müstəqilliyini əldə etmək, öz taleyinə sahib çıxmaq arzusunda olub. Ölkəmiz bir əsrdə iki dəfə müstəqillik qazanıb. Ancaq təəssüflər olsun ki, 1918-ci ildə əldə etdiyimiz müstəqilliyin ömrü çox qısa, cəmi 23 ay olub. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi.
Daha sonra M.Həmidov bildirdi ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə başçımız İlham Əliyevin bütün sahələr üzrə uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, müstəqilliyimiz əbədidir və heç bir daxili və xarici qüvvələr ona xələl gətirə bilməz.