Gündəm
Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI
Artıq bir aya yaxındır ki, Hicri-qəməri təqvimi ilə Məhərrəm ayını yaşayırıq. Adətən, İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ay matəm ayı kimi dəyərləndirilir. Bu baxımdan, məhərrəmliyi dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar. Çünki adətən, əksəriyyət bu ayda toy etməkdən çəkinir. Buna baxmayaraq, fərqli düşünən insanlar da var.
"Azərsu" 200-dən çox obyekt, 2 mindən çox evin sökülməsini istəyir
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.
Qocalar evində yaşlı qadına edilən işgəncə görüntüləri ortaya çıxdı - VİDEO
Qocalar evində yaşlılara edilən işgəncə görüntülərini ortaya çıxaran aparıcı Zahide Yetiş verilişindən üsyan edib. Show TV ekranlarında Zahide Yetiş aparıcısı olduğu verilişdə qocalar evində yaşlı bir qadına edilən işgəncəni təqdim edib.
Ukrayna prezidentinin iqamətgahına hərbi təchizatlar yerləşdirilib
Ukrayna prezidenti Petro Poroşenkonun Kozində yerləşən iqamətgahında hərbçilər və hərbi təchizat yerləşdirilir. Bunu Ukrayna Parlamentinin üzvü Viktoria Voytsytska Facebook-da yazıb: “Mən başa düşürəm ki, bu gün hüquq-mühafizə orqanları ərazinin təhlükəsizliyinin təmin edilməsinə cəlb edilib. Günün insidentsiz başa çatması müsbət haldır. Lakin prezidentin şəxsi iqamətgahının qorunmasına niyə bu qədər insan və təchizat cəlb edilib? Həmçinin yollar bağlanıb. Biz kimdən qorxmalıyıq? Mən insanların və hərbi təchizatların yalnız bir hissəsinin fotosunu çəkdim”.
2000-ə yaxın narkoman cinayət məsuliyyətinə cəlb edilib
Bu ilin 9 ayında narkotiklərlə mübarizə sahəsində cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Gürcüstanda bələdiyyə seçkilərini 600 beynəlxalq müşahidəçi izləyəcək
Gürcüstanda yerli idarəetmə orqanlarına keçiriləcək seçkiləri 20 minə yaxın yerli və 600 beynəlxalq müşahidəçi izləyəcək. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze deyib. Onun sözlərinə görə, MSK-da seçkilərin müşahidəsi üçün 71 yerli, 30 beynəlxalq və 74 yerli və xarici KİV qeydiyyata alınıb.
Beynəlxalq axtarışda olan iki nəfər Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib
Beynəlxalq axtarışa verilən 2 Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılaraq ölkəyə ekstradisiya edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək İnterpolun Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıb.
Azərbaycanda bu il doğuş zamanı qeydə alınan ana ölümlərinin sayı açıqlanıb
“Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq". Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb. Bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
Bakıda qeyri-qanuni dini ayinlər icra edən şəxslər aşkarlanıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə oktyabr 17-də “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.
Britaniya şirkətinin əməkdaşı külli miqdarda mənimsəmədə ittiham olunur
Putin özünü həm seçkilərə, həm də prezidentlikdən sonrakı dövrə hazırlayır- Qərb mediası
Vladimir Putin hələ 2018-ci il seçkilərinə namizədliyini açıqlamayıb. Lakin kulislərdə onun namizədliyinə və seçilməsinə hazırlıq tam sürətlə davam edir.
Rusiya və Çin ABŞ-a qarşı birləşir: Kosmosda silahlanma
Rusiya və Çin BMT Baş Assambleyasının müzakirəsinə kosmosa silah yerləşdirilməməsi ilə bağlı qətnamə layihəsi çıxarıb. Qətnamə layihəsində əsas məqsədin Yerdən kənarda silahlanma yarışının qarşısının alınmasından ibarət olduğunu bildirilib.
Gürcüstanda diskriminasiya hallarının əksəriyyəti dini və etnik mənsubiyyətlə bağlıdır
Gürcüstanda son bir ildə 201 diskriminasiya halı qeydə alınıb. Bu barədə Gürcüstan ombudsmanı Uça Nanuaşvilinin təqdim etdiyi hesabatda deyilir.
Trumpı azərbaycanlı 'seçdiribmiş'
Rusiyada «Olqino trolları» və ya «Savuşkin küçəsindən olan trollar» kimi ifadələr çoxdan işlədilir. Bu yaxınlarda həmin «troll fabriki»nin ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinin detalları bəlli olub.
Generalın əmisi oğluna 12 il həbs verildi
2014-cü ildə "Dağ yəhudiləri" dini icmasının evindən quldurluqla külli miqdarda pul əldə edilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlər barədə qərar verilib.














