Ukrayna prezidentinin iqamətgahına hərbi təchizatlar yerləşdirilib
Ukrayna prezidenti Petro Poroşenkonun Kozində yerləşən iqamətgahında hərbçilər və hərbi təchizat yerləşdirilir. Bunu Ukrayna Parlamentinin üzvü Viktoria Voytsytska Facebook-da yazıb: “Mən başa düşürəm ki, bu gün hüquq-mühafizə orqanları ərazinin təhlükəsizliyinin təmin edilməsinə cəlb edilib. Günün insidentsiz başa çatması müsbət haldır. Lakin prezidentin şəxsi iqamətgahının qorunmasına niyə bu qədər insan və təchizat cəlb edilib? Həmçinin yollar bağlanıb. Biz kimdən qorxmalıyıq? Mən insanların və hərbi təchizatların yalnız bir hissəsinin fotosunu çəkdim”.
18 Oktyabr 2017 16:55 DünyaUkrayna prezidenti Petro Poroşenkonun Kozində yerləşən iqamətgahında hərbçilər və hərbi təchizat yerləşdirilir. Bunu Ukrayna Parlamentinin üzvü Viktoria Voytsytska Facebook-da yazıb: "Mən başa düşürəm ki, bu gün hüquq-mühafizə orqanları ərazinin təhlükəsizliyinin təmin edilməsinə cəlb edilib. Günün insidentsiz başa çatması müsbət haldır. Lakin prezidentin şəxsi iqamətgahının qorunmasına niyə bu qədər insan və təchizat cəlb edilib? Həmçinin yollar bağlanıb. Biz kimdən qorxmalıyıq? Mən insanların və hərbi təchizatların yalnız bir hissəsinin fotosunu çəkdim".
Qeyd edək ki, ötən gün Verxovna Radasının yaxınlığında yürüş keçirilib. Nümayişçilər seçki qanunvericiliyinin dəyişdirilməsini və korrupsiya əleyhinə məhkəmənin qurulmasını tələb edib. Azadinform İnterfax-a istinadən xəbər verir.