Bloomberg: Avropa ölkələri Ukraynaya qışa hazırlıq üçün gizli şəkildə avadanlıq ötürür – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa müttəfiqləri Ukraynaya qış mövsümünə hazırlıq məqsədilə elektrik stansiyaları üçün ehtiyat hissələri və istilik avadanlıqları verməyə başlayıblar. 

"Bloomberg" agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, bu tədarüklər ictimaiyyətə açıqlanmadan, məxfi şəkildə həyata keçirilir. Enerji infrastrukturu obyektlərinə ehtimal olunan zərbələr səbəbindən Ukraynanın münaqişə dövrünün ən çətin qış mövsümünə hazırlaşdığı vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31