Gündəm

Çexiyada 7 minə yaxın həkim tətil edir

18 Oktyabr 2017 17:52

Çexiyada yeddi minə yaxın həkim əmək haqlarının artırılması tələbi ilə birgünlük tətil elan edib. Məlumata görə, həkimlər həmçinin onların inzibati öhdəliklərinin azaldılmasını tələb edir.

Devid Bekhem xanımına xəyanət edir?

18 Oktyabr 2017 17:49

Dünyanın ən məşhur futbolçularından biri olmuş Devid Bekşhemlə xanımı, 43 yaşlı Viktoriya Bekhem arasında problemlər yaranıb. V.Bekhem əri ilə məşhur model, zadəgan və qlamur sima lediMeri Çarteris arasındakı münasibətlərdən narahatdır. Devid Bekhemlə ledi Meri yayda, Qlastonberidəki musiqi festivalında tanış olublar. O vaxtdan bəri "dostlar" vaxt tapan kimi xəlvət məkanlarda görüşməyə çalışırlar. Bu günlərdə isə Viktoriya Bekhem biznesi ilə bağlı Nyu-Yorka yollanan kimi Devid Bekhemlə ledi Meri Londondakı "Chiltern House"da görüşərək səhərədək əyləniblər.

Rusiya Türkiyədən pomidor idxal edəcək

18 Oktyabr 2017 17:45

Rusiya dekabrın 1-dən Türkiyədən pomidor idxalına başlayacaq. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Onun sözlərinə görə, artıq Türkiyənin 4 şirkətindən 50 min ton pomidor idxal edilməsi ilə bağlı razılıq əldə edilib. 

Məscidə gedən 17 yaşlı qızı maşında zorlayıb, öldürdükdən sonra gölə atdılar - VİDEO

18 Oktyabr 2017 17:37

ABŞ-ın Vircinia ştatında məscidə gedən 17 yaşlı qızın yolunu kəsərək təcavüz edib, öldürən qatilə edam cəzası istənilib. Darvin adlı şəxs restoranda yemək yeyən 15 müsəlman qızla dava edib. Qızlar daha sonra restorandan çıxıb məscidə doğru gedərkən Darvin avtomobili ilə qızları təqib edib və bir avtoparkda onlara hücum çəkib. 

Azərbaycanlı qadının türk ərini öldürən çoban: Gecə məni yuxudan qaldırıb zorladı - VİDEO

18 Oktyabr 2017 17:34

Türkiyənin Kayseri şəhərində 42 yaşlı fermeri 36 yerindən bıçaqlayaraq öldürən 17 yaşlı əfqan çoban N.A.-nın məhkəmə prosesi keçirilib. Qətl 25 mart tarixində törədilib.

DTX iki ünvanda əməliyyat keçirdi - İki nəfərin işi məhkəməyə göndərildi

18 Oktyabr 2017 17:32

Paytaxtda iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə "Binəqədi rayonu dini icması" (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və "İrfan dini icması"na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.

Binəqədidə Müstəqillik Günü qeyd edilib

18 Oktyabr 2017 17:27

Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” adlı tədbiri keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edənlər millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir.

SOCAR hasilat sahəsində effektivliyin artırılması istiqamətində addımlar atır

18 Oktyabr 2017 17:25

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq Independent Projects Analysis (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirdə bildirilib ki, SOCAR-ın da üzv olduğu “Upstream International Benchmarking Consortium” (Kəşfiyyat və Hasilat Sahəsində Kapital Layihələrinin müqaisəli təhlili (bençmarkinqi) üzrə beynəlxalq konsorsium) - UİBC çərçivəsində kəşfiyyat və hasilat sahəsində təmsil edilən transmilli və milli şirkətlər tərəfindən bütün dunyada həyata keçirilən kapital layihələrin effektivliyinin müqayisəli təhlili aparılır.

Nazir cənub zonasında vətəndaşlarla görüşəcək

18 Oktyabr 2017 17:23

Oktyabrın 20-də gənclər və idman naziri Azad Rəhimov Masallı rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran  şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Masallı Gənclər Mərkəzində (Masallı şəhəri, Talışxanov küçəsi -73) baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşlar müvafiq ı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Bakının mərkəzində hərəkət məhdudlaşdırılır, “Qarabağ”ın azarkeşləri evə necə gedəcək?

18 Oktyabr 2017 17:22

Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko Madrid” qarşılaşması həmin vaxtda bitdiyindən, bu xəbərdarlıq azarkeşlər arasında narahatlığa səbəb olub. Saat 22:00-da stadionu tərk edən on minlərlə tamaşaçının yolun təmiri ilə əlaqədar problemlə üzləşəcəyini düşünürlər.

Atambayev Nazarbayev haqda söylədiyi fikirlərə görə üzr istədi

18 Oktyabr 2017 17:18

Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevin ünvanına söylədiyi fikirlərə görə üzr istəyib. A.Atambayev bu barədə Bişkekdə ən yaxşı tələbələrə Prezident təqaüdü təqdim edilməsi mərasimində Qırğızıstan-Qazaxıstan sərhədindəki vəziyyət barədə danışan zaman bildirib. "Qazaxıstan prezidenti haqqında emosional çıxışım zamanı səhv etmişəm.

Polşa nazirinin Bakı bəyanatına Rusiyadan tələsik şərh: “Azərbaycanın qazı heç özünə çatmayacaq...”

18 Oktyabr 2017 17:16

Bakıda səfərdə olan Polşa xarici işlər naziri Vitold Vaşikovski ölkəsinin Cənub Qaz Dəhlizini dəstəklədiyini bəyan edib. Nazir Polşanın Cənub-Şərqi Avropaya Rusiya qazına alternativ qaz təchiz etməyə imkan verən bu dəhlizi dəstəklədiyini bildirib. “Biz Azərbaycanın öz xammal potensialı sayəsində Avropanın energetika təhlükəsizliyinin gücləndirilməsinə verəcəyi töhfəni səbrsizliklə gözləyirik”-nazir Bakıda deyib.

Azərbaycanın siyasi sistemi plüralizm nümunəsidir

18 Oktyabr 2017 17:11

Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da - siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər. Cəmiyyətin siyasi sisteminin bütün ünsürləri sıx, üzvi vəhdətdə olur və bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.