Gündəm

Sevgilisini öldürüb cəsədini 5 saat avtomobildə "gəzdirdi" - Qızımı çılpaq şəkilləri ilə təhdid edirdi - VİDEO 

18 Oktyabr 2017 18:53

Türkiyənin Qaziantep şəhərində ayrılmaq istədiyi 38 yaşlı iş adamı Cuma Pancarın lüks avtomobilində tapançayla başına atəş açılaraq öldürdüyü 31 yaşlı Arzu Gültekinin anası Yıldız Gültekin dəhşətli açıqlamalar verib.

Məşhur idmançıdan şok etiraf: 7 il təcavüzə məruz qalıb

18 Oktyabr 2017 18:45

2012-ci ildə London Olimpiya Oyunlarında gimnastikadan qızıl medal qazanan Mak Kayla Maroney həyatı ilə bağlı etiraflar edib. ABŞ komandasının üzvü olan çempion 7 il boyunca məşqçiləri tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.

"İşğal altındakı Azərbaycan torpaqları gec-tez azad olunacaq"

18 Oktyabr 2017 18:43

İşğal altında olan Azərbaycan torpaqları gec-tez azad olunacaq. Bunu Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar deyib.

Sən demə, yuxudan duran kimi çarpayını YIĞMAQ OLMAZ: səbəblər SİZİ ŞOKA SALACAQ - VİDEO

18 Oktyabr 2017 18:29

Uşaqlıqda bizi tənbeh edirdilər ki, yuxudan duran kimi yerini toplamalısan. Valideynlər bunu övladına onunla izah edir ki, yatağı toplamaq təmizliyin vacib şərtlərindən biridir və hər kəs öz otağının təmizliyinə fikir verməlidir.

300 nəfərin öldürülüdüyü terrorun əsl hədəfi türk bazası olub - Kəşfiyyatçı DETALLARI AÇIQLADI

18 Oktyabr 2017 18:27

Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişuda 300-dən artıq insanın ölümü ilə nəticələnən terror aktının əsas hədəfi Türkiyənin bu şəhərdəki hərbi bazası olub. Bu sözləri “Amerikanın səsi” radiosuna Somalinin Milli Kəşfiyyat və Təhlükəsizlik Bürosunun adını açıqlamayan rəsmisi deyib. Kəşfiyyat zabiti qeyd edib ki, hücumdan əvvəl və sonra ortaya çıxan məlumatlar türk hərbi bazasının hədəf olduğunu təsdiqləyir.

İrandan Türkiyəyə sürpriz ziyarət

18 Oktyabr 2017 18:25

İran prezidentinin 1-ci köməkçisi İsaq Cahangiri sabah Türkiyəyə səfər edəcək. Qonağı Türkiyənin Baş naziri Binali Yıldırım qarşılayacaq. Görüşdən sonra media üçün mətbuat konfransı təşkil ediləcək. 

Qəddafinin oğlu siyasətə qayıdır - ŞOK SƏBƏB

18 Oktyabr 2017 18:24

Liviyanın devrilən lideri Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafi siyasətə qayıdır. O, Liviyanı xilas etmək niyyəti ilə siyasətə dönüş edəcəyini bildirib. Qəddafi ailəsinin vəkili Xalid Əl Zaidi mediaya bu barədə açıqlama verib: “Liviyadakı mövcud vəziyyət, dialoq əksikliyi və gedişata istiqamətlənmiş yanlış anlaşılmalar Seyfülislam Qəddafinin siyasətə dönməsini və ölkədəki tərəflər arasında siyasi həll tapmağa çalışmasını zəruri edir”. Vəkil S.Qəddafinin ölkəni heç vaxt tərk etmədiyini və onun liderlərlə, fərqli birliklərin təmsilçiləri ilə daimi əlaqədə olduğunu bildirib. S.Qəddafi cəhdlərinin Tunisdəki tərəflərin bir-biriləri ilə razılaşmalar əldə etdiyi və Liviya xalqını qorumaq yerinə öz mənfəətini müdafiə etdiyi müzakirələrdən fərqli olduğunu qeyd edib.

"Qarabağ" "Atletiko"ya böyük hesabla məğlub oldu

18 Oktyabr 2017 18:22

Bu gün UEFA Gənclər Liqasında 3-cü turun oyunları keçirilir. “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası Bakıda İspaniyanın "Atletiko" klubunu qəbul edib. Oyun 1:5 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

"Barselona" oyunçusunu komandadan sildi

18 Oktyabr 2017 18:20

İspaniyanın “Barselona” futbol klubu türk ulduz Arda Turanı əsas heyətdən uzaqlaşdırıb. Klub A.Turanı Çempionlar Liqası çərçivəsində “Olimpiakos”la oynayacaqları matçın da heyətinə qatmayıb.

İngiltərə kəşfiyyatı tarixin ən ciddi terror təhdidini aldığını açıqladı

18 Oktyabr 2017 18:16

İngiltərə Kəşfiyyat Xidmətinin (MI5) prezidenti Endryu Parker ölkəsinin bu vaxta qədər ən ciddi terror təhdidi ilə qarşı-qarşıya olduğunu deyib. Vəziyyətin qaçınılmaz olduğunu deyən E.Parker “təhdid çoxistiqamətlidir, sürətlə yayılır, daha öncə görmədiyimiz bir səviyyədə və tempdə fəaliyyətdədir” deyə qeyd edib.

Türkiyə Super Liqasının Azərbaycanda yayımı ilə bağlı RƏSMİ AÇIQLAMA

18 Oktyabr 2017 18:14

“CBC Sport” telekanalı mövsümün əvvəlində Türkiyə Superliqasının ölkəmizdə yayımlanması ilə bağlı müqavilə imzaladığını açıqlamışdı. Lakin bu gün kanal müqaviləyə xitam verildiyini rəsmi olaraq elan edib.

Avtomobil nömrələri ilə bağlı dövlət standartının TƏLƏBLƏRİ açıqlandı

18 Oktyabr 2017 18:09

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartının tələblərini açıqlayıb.

Ərdoğan: “Kürdçülük və türkçülük bölücülükdür”

18 Oktyabr 2017 18:03

“Bizim İraqdakı, Suriyadakı kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur. İraq və Suriyadakı ərəblərə, türkmənlərə necə baxırıqsa, kürdlərə də eyni cür baxırıq. Bizim sadəcə və sadəcə terror təşkilatları ilə problemimiz var”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 40-cı muxtarlar toplantısında çıxışında deyib.

Xəzərə tökülən çayın təmizlənməsi üçün FANTASTİK məbləğ ayrılacaq: 245 milyard

18 Oktyabr 2017 18:01

Rusiya hökuməti Volqa çayının təmizlənməsi üçün 245 milyard rubl (təxminən 4 milyard 250 milyon dollar) vəsait ayıracaq. Bu barədə Rusiya prezidenti Vladimir Putinin nəqliyyat, ekologiya və təbii sərvətlər üzrə xüsusi müşaviri Sergey İvanov bildirib.