İslam dünyası tarixi sınaq qarşısındadır- ÖZƏL

"İslam dünyası tarixi sınaq qarşısındadır. Ya çöküş, ya yüksəliş. Bir müddət əvvəl Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə Sazişi" adı altında bir müdafiə paktı imzaladılar. Bu saziş özlüyündə kifayət qədər simvolik xarakter daşıyan bir hadisə idi". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "Üç müsəlman ölkəsinin yaxınlaşması günlərlə dünya ictimaiyyətinin diqqət mərkəzində oldu və bu ittifaqdan danışarkən yazılarımın birində qeyd etmişdim ki, sözlərdən fərqli olaraq üçlü ittifaqın fəaliyyəti, yəni, işlək mexanizmə çevrilməsi hər hansı bir hərbi situasiya ilə bilinəcək. Və həmin sınaq bu gün özünü ən kəskin şəkildə nümayiş etdirir. İran və müəyyən qədər Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi hüsi silahlıları Səudiyyə krallığını çıxmaz dalana dirəyib. Artıq paytaxt Ər - Riyad hədəf alınır və Ankara ilə İslamabad təhdid edilir. Türkiyə və Pakistan bu məsələ də hələ soyuqqanlı davranış nümayiş etdirir. Bunun ilkin səbəbi məhz dini faktordur. Husilər Cəfəri xəttinin nümayəndələridir və onlara qarşı Türkiyə və Pakistan tərəfindən Səudiyyə üzərindən total bir müdaxilə Məkkə Sazişinin məntiqini deaktiv edəcək. Çünki bu ittifaq ilk növbədə İslam dünyasında vahidlik simvolu kimi təqdim edildi və hərbi müdaxilə məzhəbsəl savaşa səbəb olar. Bu qeyd etdiyim ən pis ssenaridir. Düzdür hüsilər təqdim etdikləri kimi heçdə şərə qarşı döyüşmürlər. Onların  iddialara əsasən ABŞ - la dialoqu mahiyyəti böyük ölçüdə aydınlaşdırır. Lakin bu sahəyə yansımır. Çünki ayağında şəpit, əlində kalaşnikov olan fanatiklər öz dar düşüncələrini ilahi ədalət hesab edirlər. Buna görə onları inandırmaq indiki halda şeytanı imana gətirmək kimi bir şeydir. Məhz buna görə Ankara və İslamabad, həmçinin situasiyanı yaxşı başa düşən Ər - Riyad mümkün qədər manevr etməyə çalışır. Yekunda isə qazanclı çıxan yenə İsrail olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31