Gündəm

“Çin mətbəxi” mövzusunda master-klass keçirilib

18 Oktyabr 2017 21:01

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin mətbəxi” mövzusunda master-klass keçirilib. Olaylar bildirir ki, tədbirdə məşhur Çin mətbəxinin yeməklərini hazırlayan Çin aşpazları məhsulların seçilməsi ilə bağlı tövsiyələrini və milli yeməklərin hazırlanması sirlərini paylaşıb, eyni zamanda Çin mətbəxinin vacib prinsipləri olan yeməklərin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyini qeyd ediblər. Çin aşpazlarının sözlərinə görə, Çin ənənəsinə əsasən qida yalnız dadlı və faydalı deyil, hətta müalicəvi də olmalı, qidanı qəbul prosesi isə hər zaman millətin mədəniyyəti ilə tanış olmaq anı kimi qəbul edilməlidir.

Akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

18 Oktyabr 2017 20:55

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli neyrofizioloq alim, akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş “Akademik Hüseyn Həsənov” və “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı” adlı kitabların təqdimatı keçirilib. Olaylar bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıb.

Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub

18 Oktyabr 2017 20:41

Azərbaycan Dövlət Musiqili Teatrında 18 Oktyabr Müstəqillik Günü qeyd olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Olaylara - a  bildirib ki, bu müansibətlə teatrda “Heydər Əliyev dərsləri” mövzusunda növbəti tədbir keçirilib. Tədbiri açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ə. Lalayev çıxışında dövlətimizin şərəfli müstəqillik tarixindən bəhs edib, 18 Oktyabr Müstəqillik Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu söyləyib. 

“3D” printerdə çap edilən ilk körpü istifadəyə verilib

18 Oktyabr 2017 20:00

Niderlandda üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı keçirilib.

2023-cü ilə dünyada “5G” istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq

18 Oktyabr 2017 19:56

“CCS Insight” şirkətinin mütəxəssislərinin proqnozuna görə, beşinci nəsil mobil rabitə şəbəkəsi əvvəlki “4G” standartı ilə müqayisədə daha sürətli tətbiq olunacaq. Gözləntilərə görə, 2023-cü ilin ortalarına kimi “5G” şəbəkəsində dünyada mobil qoşulmaların sayı 1 milyarda yaxınlaşacaq ki, bu göstəricinin də 50%-dən çoxu Çinin payına düşəcək.

“Samsung” 8 nanometrlik texnoloji prosesin hazırlanmasını tamamlayıb

18 Oktyabr 2017 19:50

"Samsung Electronics" şirkəti yarımkeçiricilərin istehsalı üçün 8 nanometrlik texnoloji prosesin hazırlanmasını başa çatdırıb.  "ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, yeni texnoloji prosesdə bir sıra dəyişikliklər edilib. Belə ki, proses vasitəsilə yaradılan çiplərin enerji səmərəliliyi şirkət tərəfindən yarımkeçiricilərin kütləvi istehsalı üçün tətbiq edilən ikinci nəsil 10 nanometrlik texnologiyadan istifadə olunmaqla istehsal edilən mikrosxemlərin effektivliyindən 10 faiz yüksəkdir. Bundan başqa, "Samsung" mikrosxemlər üçün tələb olunan yeri 10 faiz azaltmağa nail olub.

“Google” kartoqrafik servisinə planet və peyklərin “3D” modelləri əlavə olunub

18 Oktyabr 2017 19:43

“Google” şirkəti astronomiya həvəskarları üçün planet və peykləri öyrənmək imkanı təqdim edərək onların üçölçülü (3D) modellərini kartoqrafik servisə əlavə edib.  

“Windows” üçün “Chrome” brauzerində daxili antivirus istifadəyə verilib

18 Oktyabr 2017 19:35

“Google” şirkəti “Windows” üçün “Chrome” brauzerinin masaüstü versiyası ilə müasir antivirusların əsas funksiyalarının inteqrasiyasını anons edib. Bu yenilik istifadəçiləri hər hansı faylı, zərərverici proqramları yüklədikdən sonra standart axtarış sisteminin dəyişdirilməsindən qoruyacaq.

Qeyri-adi dizayna malik iki ekranlı smartfon təqdim edilib

18 Oktyabr 2017 19:30

Çinin “ZTE” şirkəti “Axon M” adlı smartfonunu təqdim edib. Bu aparat analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir.

2018-ci ildə qlobal fərdi kompüter bazarında artım qeydə alınacaq

18 Oktyabr 2017 19:25

“Gartner” analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2018-ci ildə korporativ seqmentdə kompüter parkının yenilənməsi, Rusiya və Çin bazarlarında tələbatın canlanması fonunda qlobal fərdi kompüter sahəsində artım qeydə alına bilər.

Samirə Mehribanı hədələdi: "Bu sözə görə mənə cavab verəcəksən"- QALMAQAL

18 Oktyabr 2017 19:20

"Maşın şou"da Samirə Yusifqızının adının hallanması onu özündən çıxarıb. Belə ki, Rauf Əhmədov efirdə bildirib ki, Samirə də oyunda olanda deyirdi ki, Vüqarı çıxartmayacaq. Bu məqamda Mehriban Xanlarovanın cavabı sərt olub: Samirə bizə Vüqarı çıxaracağını dedi, onda belə çıxır ki, satqınlıq edib.

Harvard Universitetinin alimi Tarix Muzeyində

18 Oktyabr 2017 19:15

Boston İncəsənət Muzeyinin İslam İncəsənəti Departamentinin eksperti və Harvard Universitetinin müəllimi Jeff Spurr AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Olaylar bildirir ki, qonaq muzeyin Etnoqrafiya elmi fondunun eksponatları ilə yaxından tanış olub. O, Azərbaycanda toxuculuq sənəti ilə maraqlanıb, tədqiqat sahəsinin əsasını təşkil edən tirmə kolleksiyaları haqqında məlumat toplayıb.

Hadise özündən 6 yaş balaca oğlanla görüşür - VİDEO

18 Oktyabr 2017 19:10

Həyatında sevgini heç cür tapa bilməyən Hadise keçən il bir müddət birlikdə yaşadığı Hakan Sabancı ilə şansını yenidən sınayacaq. Məşhur müğənni Hadise ilə Hakan Sabancının yenidən eşq yaşamağa başladığı iddiası maqazin gündəminə bomba kimi düşüb. Star TV ekranlarında yayımlanan "Duymayan Kalmasın" proqramının aparıcısı Cengiz Semercioğlu cütlüyün Etilerdə bir restoranda səmimi görüntüləndiyini qeyd edib.

"Dediyi pulu ona versəydim, dostu olardım" - Oksana ilə İslamın arasında qalmaqal

18 Oktyabr 2017 19:05

Tanınmış aktyor İslam Mehrəliyev rəqqasə Oksana Rəsulova ilə dostluqlarına son qoyub. Bu haqda İslam Mehrəliyev  danışıb: "Dost sevilən, güvənilən və tez-tez görüşülən biridir. Təəssüf ki, "Maşın şou"da belə biri yox idi. Mənim həyatda çox dostlarım var. Amma incəsənət adamları deyil. İncəsənətdə olan dostlar sırf sənət yoldaşlarımdır. Bunlar ayrı-ayrı şeylərdir. Mən əkizlər bürcüyəm, əkizlər heç vaxt yalnız qalmaz. Əkizlər yalnız qalmağı özü istəyər. Əgər Oksananın "Maşın şou"nun finalında istədiyi pulu ona versəydim, dostu olardım".

Təyyarədə rəzalət: bələdçilər növbəylə uladılar

18 Oktyabr 2017 19:00

"AirAsia" aviaşirkətinə məxsus laynerlərdən birinin göyərtəsində bələdçilər sərnişinləri şoka salıblar. Sərnişinlərin təəccübünə səbəb uçuş zamanı stüardessaların növbəylə ulaması olub. Belə ki, təyyarə havaya qalxdıqdan sonra heyət üzvləri bir-bir mikrofona ulayıblar.