“3D” printerdə çap edilən ilk körpü istifadəyə verilib

Niderlandda üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı keçirilib.

Niderlandda üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı keçirilib.

"ICTnews" Elektron Xəbər Xidməti "VistaNews" resursuna istinadən yazır ki, ölkənin cənubunda Gemert şəhərində yerləşən yeni beton konstruksiyanın ümumi uzunluğu 8 metr təşkil edir.

Məlumata görə, velosipedçilər üçün nəzərdə tutulan körpü Eyndhoven Texniki Universiteti tərəfindən hazırlanaraq ərsəyə gətirilib.

Qeyd olunur ki, mütəxəssislər körpünün layihəsini 3 aya hazırlayıblar. "3D" printer vasitəsilə konstruksiya qeyri-adi quruluşa malikdir. Onun hazırlanması üçün mütəxəssislər tərəfindən uzunmüddətli möhkəmliyə malik 800 beton qatından istifadə edilib. Ekspertlərin sözlərinə görə, 8 metrlik körpü 40 yük maşınının ağırlığına dözə biləcək. Mütəxəssislərin qənaətinə görə, yaxın vaxtlarda texnologiyadan evlərin tam tikilməsi üçün istifadə etmək mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31