Yuğ Teatrında tədbir
Azərbaycan Dövlət YUĞ Teatrında 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək. Olaylar bildirir ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu gün teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.
18 Oktyabr 2017 15:05 Teatr və kinoAzərbaycan Dövlət YUĞ Teatrında 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək.
Olaylar bildirir ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu gün teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.
"YUĞ" teatr-studiyası 18 oktyabr 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində rejissor Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən yaradılıb.
1992-ci il 3 dekabr tarixində Nazirlər Kabinetinin 644 saylı qərarı ilə studiyaya dövlət statusu verildi və Azərbaycan teatr məkanında "YUĞ" teatr-studiyasını YUĞ Dövlət Teatrı əvəzləyib.