Rusiyanın Ermənistanı silahlandırması...

Rusiya forpostu olan Ermənistanı silahlandırmaqda davam edir. 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

İşğalçını sülh danışıqlarını pozmağa həvəsləndirir

Rusiya forpostu olan Ermənistanı silahlandırmaqda davam edir. 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Əslində, Rusiyanın ac-yalavac Ermənistanla kredit müqaviləsi bağlaması formal xarakter daşıyır. Çünki, Rusiya Ermənistanın aldığı kreditlərin və borcların geri qaytaracaq iqtisadi gücə və maliyyə imkana malik olmadığını çox yaxşı bilir. Buna baxmayaraq, indiyə qədər Ermənistana külli miqdarda kredit və silah verilib. Lakin onların heç birinin sorğusu belə aparılmayıb. Ən pis halda Rusiya həmin kreditlərin geri qaytarılması məsələsini Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər. O halda ki, Ermənistan Rusiya və Avropa ilə ikili oyun oynamaq sevdasına düşsə. Deməli, Rusiya çox gözəl bilir ki, Ermənistan prezidenti ayrılan kreditləri ən yaxşı halda hakimiyyətinin müddətini uzatmağa sərf edəcək. O da məlumdur ki, Ermənistan Rusiyadan başqa bir ölkədən silah almağa nə imkanı var, nə də cəsarəti. Yəni Moskva öz verdiyi pulu geri alıb əvəzinə silah verir. Bununla da Ermənistanı təmənnasız silahlandırması faktını manipuliyasiya etməyə çalışır. Bu isə Rusiyanın ATƏT-in Minsk qrupunun üzvü kimi missiyasına yanaşı Azərbaycanla olan hərbi əməkdaşlığına da ziddir. Elə bu dırnağarası kredit sazişin şərtlərindən də görünür ki, bu Rusiyanın Ermənistana təmənnasız yardımından başqa bir şey deyil. Bu vəsaitlə Ermənistan smerç reaktiv sistemləri, İqla-S zenit raket kompleksləri, avtobaza-M radiotexniki kəşfiyyat kompleksləri, solnsepyok ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Hansı ki, bütün bu silah sursat və sistemlər Rusiyanın hərbi istehsalı və arsenalına məxsusdur. Azərbaycan haqlı olaraq Rusiyadan işğalçı Ermənistana yardimlarin dayandırılmasını və ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz missiyasini və üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir.
Maraqlı məsələ ondan ibarətdir ki, Ermənistan da Rusiyanın bu "səmimiyyətindən" maksimum yararlanmağa çalışır. Çünki, Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, ölkə iqtisadi baxımdan tənəzzülə uğrayib, iqtisadi inkişaf üçün heç bir prespektiv yoxdur. İqtisadiyyatı çökmüş ölkədə isə kredit hesabına olsa belə Azərbaycanla döyüşəcək gücə malik ordu yaratmaq mümkün deyil. Belə halda ən yaxşı variant ondan ibarətdir ki, ölkənin siyasi, iqtisadi və hərbi idarıçiliyi himayədar dövlətə verilsin. Baş verənlər isə bir daha təsdiqləyir ki, xarici siyastədə müstəilliyini tamamı ilə itirən Ermənistan ordu üzərindəki suveren səlahiyyətlərini də tamamilə başqa bir dövlətə verir. Azərbaycanda isə vəziyyət tamam başqadır. Bütün sahələrdə olduğu kimi hərbi potensialının formalaşmasında da müstəqil olan Azərbaycanın belə bir asılacağı yoxdur. Öz müdafiə sənayesini yaradan Rəsmi Bakı ən müasir silahları istədiyi dövlətdən almaq imkanına malikdir və alır. Azərbaycan ordusu istər döyüş hazırlığına, istərsə də hərbi təhcizatına görə Ermənistandan qat-qat üstündür. Və ən əsası isə istənilən qərarı verəndə başqasından icazə almır. Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi işğalçı Ermənistana əvəzsiz və yaxud kredit hesabına silah verməli deyil. B.Əliyev bildirib ki, bu məsələyə iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır: "Rusiya istənilən ölkəyə silah sata və istənilən ölkədən silah ala bilər. Ancaq söhbət ondan gedir ki, Azərbaycan öz vəsaiti hesabına Rusiyadan və ya digər ölkədən silah alır. Rusiya Azərbaycana əvəzsiz olaraq və yaxud da ki, Rusiyanın hesabına silah vermir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bir tərəfin həddən artıq silahlanmasına yol verməməli və neytrallığını saxlamalıdır. Rusiya Minsk qrupunun həmsədri kimi Ermənistana əvəzsiz və yaxud da kredit hesabına silah verməli deyil. Bu, əlbəttə onun neytral olmasına şübhə doğurur və Azərbaycan ictimayyətində ciddi narazılıq yaranır. Suallar meydana çıxır - neçə olur ki, Rusiya öz vəsaiti hesabına münaqişə tərəfi olan, Azərbaycan ərazilərini işğal etmiş ölkəni silahlandırır? Bu, qətiyyən yolverilməz haldır və hesab edirəm ki, Rusiyada da bunu ciddi şəkildə anlayırlar". Deputat vurğulayıb ki, Azərbaycanı narahat edən odur ki, Rusiya öz hesabına işğalçı dövləti müasir silahlarla silahlandırır: "Bu da işğalçını işğalı davam etdirməyə, sülh danışıqlarını pozmağa həvəsləndirir. Bu baxımdan hesab edirik ki, Rusiya bu addımlardan çəkinməlidir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31