Oğrunun digər əməlləri aşkar edildi

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə,
oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Aparılan tədbirlərlə onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyevlə birgə cari il iyunun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə M.Əliyev tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31