Gündəm
Avtobus piyadanı vurub öldürdü
Bakıda avtobus piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oktyabrın 21-də saat 19.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Səmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolun kənarında dayanmış 50-55 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Ağdaşda fabrik yanıb
Ağstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb. Məlumata görə, hadisə rayonda yerləşən “Akkord-Tekstil” fabrikində baş verib. Ümumi sahəsi 600 kvadratmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.Hadisə yerinə FHN-nin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəisi, polkovnik-leytenant Sənan Mansurov xəsarət alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrinə kəsik xəsarətləri yetirib. Yanğının başvermə səbəbləri araşdırılır.
İstintaq təsridxanasına telefon keçirilməsinin qarçısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinə qarşı mübarizə davam etdirilir.
Jurnalistlər üçün yazı müsabiqəsi
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi regionda təhlükəsizlik və separatismə qarşı mübarizə mövzusunda yazı müsabiqəsi elan edir. “OLAYLAR”-ın xəərinə görə, müsabiqə “Ölkədə və regionda təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiya” və “Cənubi Qafqaz regionunda separatizm və təhlükəsizlik” mövzularını əhatə edəcək.
Kəmaləddin Heydərov Şabrabda qəbul keçirəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 oktyabr 2017-ci il tarixində Şabran şəhərində, Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Əsəd rejiminin etibarlı şəxsi rejimdaxili qarşıdurmada öldürülüb
Əsəd rejiminin ən yaxın və sadiq adamlarından olan, dinc əhalliyə qarşı zülüm və qətliyamlar ilə adı hallanan general İssam Zühüriddin Deyr Əz Zorda rejimdaxili münaqişənin qurbanı olab.
Xəyanət edən ərinə otel otağında həyatının şokunu yaşatdı
Dövlət İmtahan Mərkəzinə 5 milyon manat ayrılacaq
Növbəti il dövlət büdcəsindən Dövlət İmtahan Mərkəzinə 5 milyon manat ayrılacaq. Bu barədə 2018-ci il büdcə layihəsində qeyd edilib. Belə ki, 2018-ci il orta və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbə qəbulu ilə bağlı tələb edilən məbləğin ödənilməsi və ümumtəhsil məktəblərində buraxılış imtahanının keçirilməsi üçün dövlət büdcəsindən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 5 milyon manat ayrılması proqnozlaşdırılır.
Cəzaların humanistləşdirilməsi nəyə xidmət edir?
Milli Məclisin sonuncu iclası bir sıra mühüm qanunların qəbulu ilə yadda qalıb. Xüsusən, cəzaların humanistləşdirilməsi məqsədilə Cinayət Məcəlləsinə edilən dəyişikliklər cinayət və cəza sisteminə yeni baxış kimi dəyərləndirilir.
Yaxın Şərq və Suriya siyasəti Rusiyaya dividentlər qazandırır
Yaxın Şərqdə supergüclərin regiona nəzarət uğrunda mübarizəsi yeni bir mərhələyə qədəm qoyur. Bir neçə il əvvəl Suriyada başlayan bu mübarizə sonradan İraqa keçsə də, lakin proseslər yenə də Suriyaya doğru istiqamət götürüb. Hazırda yenə də Suriyada mübarizə əsas etibarilə dünyanın iki güc mərkəzi, Rusiya ilə Birləşmiş Ştatlar və onun müttəfiqləri arasında gedir.
Sahibkarlar məhsulların ixrac qabiliyyətini nəzərə almalıdırlar
Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti çərçivəsində “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi işləri müsbət nəticəsini verməkdədir. Artıq bir sıra brend məhsullarımız dünya bazarında təşviq edilməkdədir. Artıq Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartlar daim təkmilləşdirilərək beynəlxalq, Avropa və qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırılır. Hazırda texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur.
Elçin Hüseynbəyli yazır... Payız lövhələri
Payız küləyinin səsinə oyanıram. Xain və gijik adamlar kimi uğuldayır, onuncu mərtəbənin pəncərələrini cırmaqlayır. Adamı yatmağa qoymur. Sanki “mən oyanmışam, siz hələ də yatırsınız” deyir.
Ölkədə qeyri-neft sektorunun inkişafı tədbirləri davam etdirilir
Məlum neft böhranından sonra ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri də sahibkarlara, iş adamlarına yaradılan şərait idi. Bu məqsədlə qəbul edilən qərarlar sırasında ən mühüm əhəmiyyət kəsb edəni isə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması oldu. Etiraf etmək lazımdır ki, sözügedən addım qeyri-neft sektorunun inkişafına kifayət qədər müsbət təsir göstərdi və ixrac potensialımızın artmasına təkan verdi.
Ermənistan cəbhədə təxribatlar törətməklə danışıqları prosesini iflic edir
Son günlər cəbhə xəttində yaşanan xoşagəlməz olaylar, erməni təxribatının davam etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisinin şəhid olması Cenevrə danışıqlarının faydasız olduğunu bir daha ortaya qoydu. Daha dəqiq desək son olaylar Ermənistanın Cenevrə danışıqlarına görüntü yaratmaq məqsədilə qatıldığı və aqressiyasının hələ də davam etdiyi reallığını bir daha sübuta yetirdi.
Demokratiyanın əsas tərkib hissəsi...
Müstəqillik illərindən sonra Azərbaycanda inkişaf edən sahələrdən biri də media, kütləvi informasiya vasitələri oldu. Çünki yeni formalaşan milli hakimiyyət müstəqil dövlətin əsas prinsiplərini bilir və ona əməl etməyi zəruri sayırdı. Nədən ki, hər hansı bir dövlətin müstəqil, suveren olub-olmadığı onun mətbuatın fəaliyyətinə nə dərəcədə önəm verdiyi, şərait yaratdığı ilə ölçülürdü.














