Əsəd rejiminin etibarlı şəxsi rejimdaxili qarşıdurmada öldürülüb
Əsəd rejiminin ən yaxın və sadiq adamlarından olan, dinc əhalliyə qarşı zülüm və qətliyamlar ilə adı hallanan general İssam Zühüriddin Deyr Əz Zorda rejimdaxili münaqişənin qurbanı olab.
23 Oktyabr 2017 15:23 DünyaƏsəd rejiminin ən yaxın və sadiq adamlarından olan, dinc əhalliyə qarşı zülüm və qətliyamlar ilə adı hallanan general İssam Zühüriddin Deyr Əz Zorda rejimdaxili münaqişənin qurbanı olab. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, ötən şənbə günü Deyr Az Zorda bir sıra yüksək rütbəli zabitin iştirakı ilə təhlükəsizlik məsələlərinə həsr olunmuş iclas çağırılıb. Şahidlərin ifadəsinə görə, iclasda Zühüriddin ilə Hərbi Təhlükəsizlik İdarəsinin rəisi general Camal Razuq arasında münaqişə baş verib və Zühüriddin iclası tərk edib. Qərargah Rəisi Rafiq Şəhadə öz adamlarına Zühüriddinin iclasa zor ilə də olsa geri qaytarılması əmrini verib. Beləliklə, Deyr Əz Zordaki Nasiri parkının qarşısında Zühüriddinin dəstəsi ilə general Şəhadənin göndərdiyi patrul üzvləri arasında silahlı qarşıdurma baş verib. Nəticədə general İssam Zühüriddin başına aldığı güllə yarasından hadisə yerində keçininb. Olay Suriya müxalifəti arasında böyük sevincə səbəb olub.