Jurnalistlər üçün yazı müsabiqəsi
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi regionda təhlükəsizlik və separatismə qarşı mübarizə mövzusunda yazı müsabiqəsi elan edir. “OLAYLAR”-ın xəərinə görə, müsabiqə “Ölkədə və regionda təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiya” və “Cənubi Qafqaz regionunda separatizm və təhlükəsizlik” mövzularını əhatə edəcək.
23 Oktyabr 2017 15:26 Sosial"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi regionda təhlükəsizlik və separatismə qarşı mübarizə mövzusunda yazı müsabiqəsi elan edir. "OLAYLAR"-ın xəərinə görə, müsabiqə "Ölkədə və regionda təhlükəsizlik və sabitlik naminə xalqlar arasında inteqrasiya" və "Cənubi Qafqaz regionunda separatizm və təhlükəsizlik" mövzularını əhatə edəcək. Mövzularda separztizm ilə bağlı cəmiyyəti narahat edən məsələlər qabardılmalıdır. Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibətinin əks etdirilməsi, araşdırmalar və s. arzu olunandır. Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumat mütləq qeyd olunmalıdır: "Bu yazı "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim edilir". Yalnız mətbuatda dərc olunmuş və ya internet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməlidir, məqalə İnternet media portalında yerləşdirilibsə, həmin portalın adı və əlaqədar linkin tam adı [email protected] elektron poçt ünvanına göndərilməlidir; Müsabiqə 20 dekabr tarixədək davam edəcək. Müsabiqə qaliblərinin adları 5 yanvar 2018-ci tarixdə açıqlanacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.