İstintaq təsridxanasına telefon keçirilməsinin qarçısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinə qarşı mübarizə davam etdirilir. Xidmətdən "Olaylar"a verilən məlumata görə, Baş idarənin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınmışdır. Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İsrafilli Vüsal Vidadi oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası Şəmkir rayon sakini Əliquzuyeva Bəsdi Əlirza qızının üzərinə və əşyalara baxış keçirilən zaman əl çantasının içindən daxilində "Sim" və "Cin" danışıq kartları olan iki ədəd "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. Digər fakt üzrə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Əhmədov Seyidnəsir Seyidabas oğlunun yanına qısamüddətli görüşə gəlmiş dayısı Bakı şəhər sakini Rəsulov Yaşar Rəsul oğlunun üzərinə və əşyalara baxış keçirilən zaman pencəyinin cibindən daxilində "Nar" danışıq kartı olan bir ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Hər iki fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31