Yaxın Şərq və Suriya siyasəti Rusiyaya dividentlər qazandırır

Yaxın Şərqdə supergüclərin regiona nəzarət uğrunda mübarizəsi yeni bir mərhələyə qədəm qoyur. Bir neçə il əvvəl Suriyada başlayan bu mübarizə sonradan İraqa keçsə də, lakin proseslər yenə də Suriyaya doğru istiqamət götürüb. Hazırda yenə də Suriyada mübarizə əsas etibarilə dünyanın iki güc mərkəzi, Rusiya ilə Birləşmiş Ştatlar və onun müttəfiqləri arasında gedir.

Moskva regionda möhkəmlənir

Yaxın Şərqdə supergüclərin regiona nəzarət uğrunda mübarizəsi yeni bir mərhələyə qədəm qoyur. Bir neçə il əvvəl Suriyada başlayan bu mübarizə sonradan İraqa keçsə də, lakin proseslər yenə də Suriyaya doğru istiqamət götürüb. Hazırda yenə də Suriyada mübarizə əsas etibarilə dünyanın iki güc mərkəzi, Rusiya ilə Birləşmiş Ştatlar və onun müttəfiqləri arasında gedir. Rusiya Suriyanın mövcud iqtidarı sayılan Bəşər Əsədə dəstək verərək onun hakimiyyətinin qorunub saxlanılmasına çalışdığı halda, Birləşmiş Ştatlar və onun müttəfiqləri isə ciddi cəhdlə Əsədin hakimiyyətdən getməsi uğrunda mübarizə aparırlar.  Bunun üçünsə hətta nəzarətsiz zona rolunu oynayan Suriyadakı mövcud terror təşkilatlarına belə dəstək nümayiş etdirilir. Bu arada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, elə mübarizə məkanının İraqdan Suriyaya transfer olmasının da başlıca səbəblərindən biri məhz  beynəlxalq terror təşkilatlarının fəaliyyəti ilə əlaqədardır. Belə ki, başda İŞİD terror təşkilatı olmaqla digər qeyri-qanuni silahlı birləşmələr və terror qruplaşmalarının İraqdan Suriyaya keçməsi də Yaxın Şərqə uğrunda mübarizə aparan beynəlxalq güclərin mübarizə məkanını dəyişib. Beləliklə hazırda Birləşmiş Ştatlarla Rusiya arasında əsas mübarizə məhz Suriya ərazisində gedir. Rusiya Suriyada Bəşər Əsəd qüvvələrinə dəstək verdiyi halda, qarşı tərəf isə Əsədə qarşı vuruşan qruplaşmalarla həmrəylik nümayiş etdirir. Maraqlıdır ki, Əsədə qarşı mübarizə aparan qruplaşmalar arasında İŞİD terror təşkilatı da var və bu da Rusiyanın əks cəbhəsində dayanan gücün dolayısıyla İŞİD-ə dəstək verdiyi anlamını daşıyır. Elə Suriyada həyata keçirilən son Məyad döyüşləri və şəhərin İŞİD terror birləşmələrindən təmizlənməsindən sonra ortaya çıxan görüntülər də eyni yanaşmanı ortaya qoymuş olur. Məlumat üçün qeyd edək ki, indiyə qədər Məyad şəhəri İŞİD terror birləşməsinin nəzarətində idi. Ancaq ötən gün Suriya hökumət ordusu Məyadin şəhərini İŞİD terror təşkilatından geri alıb. Nəticədə  terrorçular silah və sursatlarını qoyub, şəhəri tərk ediblər.  İŞİD-in qoyub qaçdığı silahların böyük partiyası, NATO ordusuna məxsus silahların olduğu ortaya çıxıb. NATO-nun silahları demək olar ki, partiyası ABŞ silahlarıdı. Geridə qalan silah -sursatın içərisində tank əleyhinə silahlar, iri çaplı pulemyotlar, avtomat silahlar, PUA -lar var. İŞİD terror təşkilatının cəbhəxanasından aşkar edilən silahlar arasında NATO və Birləşmiş Ştatlar istehsalı olan silahların olması Rusiyanın əlinə Vaşinqtonu ittiham etmək üçün əlavə şans vermiş olub. Yəni, Moskva bir daha başda İŞİD terror təşkilatı olmaqla Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə fəaliyyət göstərən terror qruplaşmalarının arxasında Birləşmiş Ştatlar, Qərbin dayandığı iddiasını ortaya atıb. Suriyada gedən son döyüşlər, Əsəd qüvvələrinin yeni mövqelərə sahib çıxmasının arxasında dayanan real gücün nədən ibarət olduğuna gəlincə politoloq Məhəmməd Əsədullazadə deyib ki, altı ildir terrora və silahlı müxalifətə qarşı yorulmaq bilməyən Suriya Ərəb ordusunun son uğurları onların  Bəşər Əsədə sadiq qalaraq, ölkənin ərazi bütövlüyü və terrorizmə qarşı mübarizədə davamlı mübarizə apardıqlarını göstərir: "Qeyd edim ki, Qərbin Suriyada məzhəb siyasəti və guya xalqın Əsədə qarşı olduğu kimi propaqandası faş olmaqdadır. Qərb tərəfindən təbliğ olunan Suriyada Əsədin ələvi xalqın və ordunun sünnü olduğu kimi çox ciddi ayrı-seçkilik siyasəti 6 ildə fiaskoya uğradı. Həqiqətən ələvi kəsimin 90 faizinin sünnülər üzərində hakimiyyət olduğu ortadadır. Amma, bu, ölkədə ayrı-seçkiliyə yol açmayıb. Orduda dövlətin bütövlüyü naminə Əsədə sadiqliyini göstərir. Xüsusi olaraq qeyd edim ki, Suriya ordusunu ilk illərdə dağıtmaq və parçalamaq istədilər. Amma, buna nail ola bilmədilər". Politoloq deyib ki,  hazırda Suriyada Birləşmiş Ştatlar və Rusiya vəkalət müharibəsi aparır: "Ölkənin infrastrukturu dağılıb, xalqın böyük qismi xaricdə və daxildə acınacaqlı və köçkün vəziyyətində yaşayır. Müharibəyə qədər isə, Suriya xalqı anti-demokratik sistem şəraitində idarə olunsa da, əhalinin sosial drumu normal və orta təbəqə formalaşmışdı.  Ümumiyyətlə, Suriyada başladılan üsyan və müharibə demokratiya naminə deyildi. Məqsəd Əsədi devirib, ölkəni parçalamaq, xaos yaratmaq, İsrailin qonşuluğunda güclü hakimiyyəti devirmək, Təl -Əvivə qarşı olan Əsədi ortadan götürmək idi. Əlbəttə ki, Əsədi Qərbin əlindən Putin xilas etdi. Putinin siyasəti isə, Yaxın Şərqdə və dünyada heçdə sülhə və təhlükəsizliyə xidmət etməyəcək.  Rusiya gücləndikcə, Cənubi Qafqaza, xüsusilə Azərbaycana qarşı təzyiqləri artacaq. Rusiyada  Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovskinin ötən gün Azərbaycanı Rusiyanın tərkibində görmək istədiyi kimi fikirləri, artıq Rusiyanın Yaxın Şərqdə güclənməklə, Cənubi Qafqazıda öz təsir dairəsinə daxil etmək planından xəbər verir.Jirnovskinin dili ilə danışan Putinin siyasəti Rusiyanı parçalayacaq, nəinki, Azərbaycanı öz tərkibinə qatacaq. Putinin imperalist və işğalçı siyasəti heçdə uğurla davam etməyəcək. Bir müddətdən sonra, Kreml tərkibində olan muxtar respublikaların mərkəzdən qaçma siyasəti ilə üzləşəcək.  Ancaq hələlik Yaxın Şərq və Suriya siyasəti Putinə dividentlər qazandırır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31