Gündəm
Azərbaycandan bir çox ölkələrə örnək sayıla biləcək addım
Azərbaycan hüquqi sahədə daha bir yeniliyə imza atmaqdadır. Söhbət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər etməklə cəzaların yüngülləşdirilməsindən gedir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi və ötən həftə sonu Milli Məclisin təsdiqlədiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsiylə cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinə start verilir.
PKK-nın Laçın və Kəlbəcərdəki təlim düşərgələri
Yarandığı gündən Türkiyəyə qarşı amansız mübarizə aparan, qardaş ölkədə zaman-zaman silsilə terror aktları həyata keçirən, bu ölkəni parçalamağa çalışan PKK terror təşkilatı son illərdə Türkiyə Silahlı Qüvvələrinin uğurlu antiterror əməliyyatları nəticəsində qismən zərərsizləşdirilsə də, lakin terror şəbəkəsini tamamilə məhv etmək hələlik Ankaraya tam nəsib olmur. Bunun isə bir çox səbəbləri var. Əsas səbəblərdən biri ondan ibarətdir ki, PKK terror təşkilatına qonşu İraqda güclü dəstək verilir. Xüsusilə, Şimali İraq demək olar ki, PKK-nın nəfəslik rolunu oynayır. Terror şəbəkəsinin həm canlı qüvvəsi, həm də silah-sursatının böyük bir qismi məhz Şimali İraqdan təmin edilir.
İŞİD vəhşətinin yeni dəlilləri ortaya çıxdı - 128 ÖLÜ
İŞİD terror təşkilatının 20 gün nəzarət etdiyi Karyatayn qəsəbəsində yaşanan dəhşətlərin üstü açılıb. Xüms şəhərinin cənubundakı qəsəbədə 128 cəsəd tapılıb. Bu barədə mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Haqları Qurumu məlumat verib.
Argentina millisinə cadugərdən çox, Messi kömək etdi"
"Barselona" və Argentina millisinin futbolçusu Xavyer Maskerano "Ole" nəşrinə açqılamasında maraqlı məqama toxunub. Argentinalı müdafiəçi DÇ-2018-in son seçmə oyununa Manuel adlı cadugərin təşrif buyurması barədə danışıb.
Qafqazın seysmik xəritəsi hazırlanır
ABŞ-ın Enerji Departamenti Qafqazın və Mərkəzi Asiyanın seysmik xəritərlərinin hazırlanmasına, seysmik monitorinqinin aparılmasına maliyyə yardımı göstərir. bunu ABŞ-ın Enerji Departamentinin proqram rəhbəri Vilyam Vanderer "Şəbəkə İdarəetmə Sistemləri və Seysmologiya üçün Analitik Alətlər üzrə Təlim" adlı Beynəlxalq konfransda çıxışı zamanı deyib.
MTRŞ "Maşın" şoudakı aparıcı xanımlar barədə: "... təəssüf doğurur"
Efirdən vulqar ifadələr səsləndirən aparıcılar, tez-tez küçə danışıqlarına yer verən verilişlər izlənilir. Həmin aparıcılar və verilişlər Milli Televiziya və Radio Şurasının (MTRŞ) xüsusi diqqət mərkəzindədir.
Polis qəribə canini axtarır: 107 müsəlman qadına hücum etdi
Qəflətən kimsə arxadan saçlarımdan yapışdı, sonra bıçaqla kəsdi. Qorxudan səsim tutulmuşdu, qışqıra da bilmədim. 53 yaşlı Taslema adlı qadın axşam saatlarında hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, arxadan yaxınlaşan kişi onun saçlarından yapışıb, sağ əlinə dolayıb, sonra da sol əlindəki bıçaqla onun saçlarını kəsib.
Prezidentin köməkçisi: "Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin"
"Əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə vaxtında ədalətli həll olunsaydı, bəlkə də bu gün bu münaqişələrin çoxu olmazdı". Məlumata görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov İspaniyada Kataloniya böhranı ilə bağlı deyib.
Şəhid olan əsgərimiz dəfn edildi
Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib. 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ermənistan ordusunun daha bir hərbçisi öldü
Ermənistanın Vayots Dzor vilayətinədə ağır yol qəzası baş verib. Bu gün saat 08:50 radələrində 19 yaşlı Qevorq Xanamiryan idarə etdiyi UAZ markalı 34 UN 427 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.
Novruz Məmmədov: "Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Sarkisyan barədə nə düşünürlər?"
"Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti ilə son görüşdən sonra tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib". Məlumata görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
Moskvada qadın icazəsiz Azərbaycan səfirliyinə girmək istəyib
Moskvada yerli sakin zorla Azərbaycanın bu ölkədəki səfirliyinə daxil olmağa cəhd göstərib. Məlumata görə, hadisə oktyabrın 8-də baş verib. Bildirilir ki, iş saatı bitdikdən sonra bir qadın səfirliyin binasının qarşısına gələrək içəri daxil olmağa çalışıb. O, mühafizəçi ilə dalaşıb və səfirliyin qapısını döyərək Azərbaycana getmək istədiyini deyib.
"İstəmirəm o şəkillərim ələ düşsün, ölə bilərəm" - Xalq artisti illərdir gizlətdiyi şəkillərini yandırdı
Nisə Qasımova illərdir albomunda saxladığı şəkillərini yandırıb. Xanım sənətkar gənclik illərində və sonralar səhnəyə çıxdığı açıq-saçıq geyimdəki şəkilləri ilə yanaşı, geyimlərinə də od vurub.
İstanbulda müstəqillik bayramı
İstanbulda Azərbaycanın İstanbul Baş Konsulluğu və İstanbul Maltəpə Bələdiyyəsinin Azərbaycanın 18 oktyabr və Türkiyənin 29 oktyabr müstəqillik günlərinə həsr edilmiş birgə hazırladığı mədəni əyləncə proqramı keçirilib.
162 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 noyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 162 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir.













.jpg)
