PKK-nın Laçın və Kəlbəcərdəki təlim düşərgələri

Yarandığı gündən Türkiyəyə qarşı amansız mübarizə aparan, qardaş ölkədə zaman-zaman silsilə terror aktları həyata keçirən, bu ölkəni parçalamağa çalışan PKK terror təşkilatı son illərdə Türkiyə Silahlı Qüvvələrinin uğurlu antiterror əməliyyatları nəticəsində qismən zərərsizləşdirilsə də, lakin terror şəbəkəsini tamamilə məhv etmək hələlik Ankaraya tam nəsib olmur. Bunun isə bir çox səbəbləri var. Əsas səbəblərdən biri ondan ibarətdir ki, PKK terror təşkilatına qonşu İraqda güclü dəstək verilir. Xüsusilə, Şimali İraq demək olar ki, PKK-nın nəfəslik rolunu oynayır. Terror şəbəkəsinin həm canlı qüvvəsi, həm də silah-sursatının böyük bir qismi məhz Şimali İraqdan təmin edilir.

Və təşkilatın Orta Asiyadakı əsas ideoloqları

Yarandığı gündən Türkiyəyə qarşı amansız mübarizə aparan, qardaş ölkədə zaman-zaman silsilə terror aktları həyata keçirən, bu ölkəni parçalamağa çalışan PKK terror təşkilatı son illərdə Türkiyə Silahlı Qüvvələrinin uğurlu antiterror əməliyyatları nəticəsində qismən zərərsizləşdirilsə də, lakin terror şəbəkəsini tamamilə məhv etmək hələlik Ankaraya tam nəsib olmur. Bunun isə bir çox səbəbləri var. Əsas səbəblərdən biri ondan ibarətdir ki, PKK terror təşkilatına qonşu İraqda güclü dəstək verilir. Xüsusilə, Şimali İraq demək olar ki, PKK-nın nəfəslik rolunu oynayır. Terror şəbəkəsinin həm canlı qüvvəsi, həm də silah-sursatının böyük bir qismi məhz Şimali İraqdan təmin edilir. PKK terror təşkilatını tamamilə məhv edə bilməməyin digər bir səbəbi terror şəbəkəsinin nəzarətsiz zonalarda özünə kök salmasıdır. Bu prosesdə isə PKK-ya ən ciddi dəstəyi yarandığı gündən onunla birgə çalışan, müttəfiq olan işğalçı Ermənistan verir. İşğalçı Ermənistanın qəsb etdiyi Azərbaycan ərazilərində PKK terror təşkilatı üçün təlim düşərgələri yaratdığı hər kəsə bəllidir. Hətta bununla bağlı bir neçə faktlar də üzə çıxarılıb. Eyni zamanda Ermənistana keçən PKK yaraqlılarının video görüntüləri əksini tapıb. Keçən ilin aprel ayında cəbhədə baş verən qarşıdurma zamanı yüzlərlə PKK yaraqlısının Ermınistana, oradan isə Azərbaycana qarşı döyüşmək üçün Qarabağa keçdiyi barədə məlumatlar yayılıb. Təkcə yerləşdiyimiz coğrafiyada deyil, eyni zamanda Avropada da PKK- erməni əməkdaşlığına dair bir neçə faktlar mövcuddur. Hazırda isə Ermənistan PKK-nın Orta Asiya respublikalarına, daha çox Qazaxıstana transfer etməsi istiqamətində çalıır. Və demək olar ki, buna nail də olub. Hər halda Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy belə hesab edir. ASİMDER rəhbəri hesab edir ki, burada əsas məqsəd Ankara ilə Astana arasında ziddiyyətlər yaratmaq, iki ölkə arasında münasibətlərə zərbə vurmaqdır: "Günümüzdə PKK terror təşkilatı Ermənistan və Gürcüstanla yanaşı Qazaxıstanda da təşkilatlanmağa başlayıb. Təəssüflər olsun ki, Qazaxıstan Prezidentinin məsləhətçisi olan professor Nadir Nadırov PKK terror təşkilatının Qazaxıstanda təşkilatlanmasına dəstək olur. Məlumat üçün qeyd edim ki, PKK terror təşkilatı Avropadan İran, Suriya və Şimali İraqa gələn üzvlərinin keçid nöqtəsi olaraq əvvəlcə Ermənistandan istifadə edirdi. Sonradan bu sıraya Gürcüstanı da əlavə etdilər. İndi isə Qazaxıstan hədəf seçilib və terror təşkilatının bu ölkədə təşkilatlanması üçün işlər görülür". Göksəl Gülbəy deyib ki, Ermənistandakı təlim düşərgələrində hazırlanan terrorçu gənclər daha sonra ali təhsil almaq üçün Qazaxıstana aparılır. ASİMDER rəhbəri iddia edir ki, həmin gənclərin Qazaxıstandakı Abay Alma-Ata dövlət Universitetinin xarici dillər fakultəsində təhsil almaları üçün şərait və imkan yaradılır: "Qazaxıstandakı PKK təşkilatının fəaliyyəti Moskvadan da koordinasiya edilir. Məlumat üçün qeyd edim ki,  Qazaxıstanda yaşayan əcnəbilərin qurduğu Xalqlar Assambleyasının tərkibində fəaliyyət göstərən təşkilatlardan biri də  PKK-nın nəzarəti altında olan Kürd Mədəniyyət Birliyidir.  Xalqlar Asambleyası dövlət tərəfindən təmin olunan bir ofisdə fəaliyyət göstərir ki, Kürd Mədəniyyət Mərkəzi də həmin imkanlardan, ofis şəraitindən yararlana bilir. Qeyd etdiyim kimi Qazaxıstan prezidentinin məsləhətçisi Nadir Nadirov da Kürd Milli Konqresinin üzvlərini dəstəkləyir. PKK-nın bu ölkədəki digər dəstəkçisi Abay Universiteti xarici dillər bölümünün rəhbəri, əslən Gürcüstandan olan professor  Kinyas İbrahimoviçdir.  Bu şəxs 1994-cü ildə Moskvada Kürd konfransının təşkilatçılarındandır. Bir sözlə PKK-ya yaxınlığı ilə seçilən təşkilat və birliklər indi Qazaxıstanda ən güclü təşkilatlardandır". ASİMDER rəhbəri onu da qeyd edib ki, PKK terror təşkilat üçün Ermənistan böyük əhəmiyyət kəsb edir: "Təşkilatın, Gümrü, Spitaq, İrəvan, Laçın və Kəlbəcərdə düşərgələri var. Ermənistanda PKK üçün ən böyük dəstəyi Daşnaksütun Partiyası verir. 1930-cu ildən bu ölkədə nəşr edilən  "Yeni yol" adlı qəzet tamamilə PKK-nın idarəsinə keçib. Həmçinin "İrəvanın səsi" radiosunda açıq şəkildə PKK terror təşkilatının təbliğatı gedir. Paralel olaraq Gürcüstanda da eyni proses gedir. Bu ölkədə fəaliyyət göstərən Kürdlərin Haqqları və Dini Fondu, Kürd Gənclər Dərnəyi, Kürd Mədəniyyət Dərnəyi, Yezidi Kürd Qadınlar Dərnəyi PKK-nın nəzarəti altında olan təşkilatlardandır. Gürcüstanda isə bu prosesin təşkilatçısı isə uzun müddət Beynəlxalq Kürd Mədəniyyət və İnformasiya Bürosunun sədrinin köməkçisi vəzifəsini icra edən Abdurrahman Patiyavdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31