Gündəm

6 yeni tipli sualtı qayığının istehsalına başlanıldı – Türkiyə

23 Oktyabr 2017 13:44

27 oktyabrdan etibarən  Türkiyə 6 yeni tipli sualtı qayığının istehsalına başlayır. Türkiyə Milli Müdafiyyə Nazirinin iştirakı ilə keçiriləcək təntənəli mərsaimdə hidrojen yanacağı texnoloqiyası ilə çalışan “Rəis” tipi sualtı qayıqlarının istehsalına start veriləcək.

Gənclərə azərbaycançılıq məfkurəsi təbliğ olunur

23 Oktyabr 2017 13:42

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrasına başlayıb. TUMİB-dən “OLAYLAR” -a bildiriblər ki, layihə çərçivəsində ilk tədbir Oğuz rayon mədəniyyət evində keçirilib.

Qrant müsabiqəsi üzrə qalib layihələr bəlli olub

23 Oktyabr 2017 13:41

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrasına başlanılıb. “OLAYLAR”-ın xəbərinə görə. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə, ümumilikdə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilir.  Layihələr 3-12 ay müddətində icra ediləcək.  Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. 

Bakcell abunəçiləri ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər

23 Oktyabr 2017 13:38

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri artıq ölkə xaricində xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) daha rahat formada geri almaq imkanı qazanıblar.

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu öz gücünü növbəti dəfə sübut etməyə hazırdır

23 Oktyabr 2017 13:34

Azərbaycan Ordusu öz gücünü növbəti dəfə sübut etməyə hazırdır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən cavab olaraq bildiriblər.

Prezidentin köməkçisi: "Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir"

23 Oktyabr 2017 13:29

"Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz". Məlumata görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Bakıya gəlmək istəyən məşhur erməni aktyorun qızı yaşındakı ARVADI QAÇDI

23 Oktyabr 2017 13:27

Moskvada yaşayan məşhur erməni aktyor Armen Ciqarxanyanın arvadı qaçıb. Erməni aktyor arvadı Vitalina Tsımbalyuk-Romanovskayanı onu öldürməkdə və mal-mülkini oğurlamaqda ittiham edir. Arvadından boşanmaq istəyən erməni aktyorun ailədaxili qalmaqalı ər-arvadın işlədiyi teatra da sirayət edib. “Vesti.ru”nun məlumatına görə, Ciqarxanyan bu qalmaqaldan sonra direktoru olduğu teatrdan istefa verib. Arvadı Romanovskaya isə teatrın arxa qapısından qaçıb. Hazırda erməni aktyorun bütün var-dövləti arvadının əlindədir. Özü isə evsiz qalıb.

Kərkük məğlubiyyətindən sonra Bərzanidən ŞOK QƏRAR

23 Oktyabr 2017 13:26

Şimali İraq Kürd Muxtariyyətində noyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri təxirə salınıb. Bu barədə kürd muxtariyyətinin mərkəzi seçki komissiyasının rəhbəri Hendrean Muhammed “Röyetrs”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, namizədlərin irəli sürülməsi prosesi ötən həftə başa çatıb: “Lakin bu proses bir həftə də uzadıldı. Seçki noyabrın 1-də olacaqdı, amma təxirə düşdü. İndi parlamentdən yeni seçki tarixini müəyyənləşdirməyi istəyəcəyik”.

Deputat: "Vasitəçilər danışıqları Rusiya ilə aparmalıdırlar" 

23 Oktyabr 2017 13:23

“Ermənistan sülh istiqamətində heç bir addım atmır və atmayacaq da. Çünki nə düşmən ölkə, nə də onun sahibləri bölgədə sülh və sabitlik istəmirlər”. Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Yağış yağacaq

23 Oktyabr 2017 13:22

Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Ermənistanın Baş Qərargah rəisi ABŞ-a gedib

23 Oktyabr 2017 13:19

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Hakobyanın rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına yola düşüb. Movses Hakobyan 23-24 oktyabr tarixlərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda ABŞ-da keçirilən tədbirdə iştirak edəcək. 

Əli Kərimlinin mitinqə gəldiyi maşının qiyməti neçəyədir? - VİDEO

23 Oktyabr 2017 13:17

AXCP-nın qeyri-rəsmi sədri, bloqqer Əli Kərimli özünü hər zaman kasıb, məzlum kimi göstərməyə çalışır. O, çıxışlarında işsizlikdən, imkansızlıqdan gileylənir, bununla cəmiyyətdə narazı kütlə yaratmağa çalışır.

İŞİD-in son qalası darmadağın edildi: Bu bölgədə artıq terrorçu yoxdur

23 Oktyabr 2017 13:15

Filippinin Mindanao əyalətinin Maravi şəhərində İŞİD terror təşkilatı ilə bağlanıtılı Maute təşkilatının sığınıdığı son bina ələ keçirilib. 5 ay öncə mühasirəyə alınan Maravidəki terrorçuların son qalasından 40 cəsəd çıxarılıb. Filippin müdafiə naziri Delfin Lorenzana mediaya verdiyi açıqlamada terror təşkilatına son qoyulduğunu açıqlayıb: “Bu binadakılar Mauteden geriyə qalan son terrorçular idi.

Daşkənddə “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgi zalının açılışı olub

23 Oktyabr 2017 13:13

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları sərgi zalının açılışı olub. Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən bütün tədbirlərdə xalq sənətlərinin ən geniş yayılmış növü, Azərbaycan xalqının rəmzinə çevrilmiş xalça sənətini təbliğ edir, Özbəkistanın aparıcı kitabxanalarına “Azərbaycan xalçaları” “İrəvan xalaçaları” kitabları bağışlanır, Özbəkistanın aparıcı xəbər saytlarında çoxsaylı məqalələr dərc olunur.

“Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib

23 Oktyabr 2017 13:10

"İnnovativ media” jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyi və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin birgə təşkilatçılığı ilə "Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən "Aprel döyüşləri gənc jurnalistlərin gözü ilə” layihəsi çərçivəsində hazırlanan filmdə Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində tarixə "Dördgünlük müharibə” kimi düşən döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunur. Qeyd edək ki, adıçəkilən filmdə aprel hadisələrinə nəzər salınmaqla yanaşı, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş Azər Məmmədovdan müsahibə alınıb. Filmin qəhrəmanı olan sumqayıtlı qazi Azər Məmmədov Aprel döyüşləri zamanı əsgərlərin inamından, uğurlarından danışmaqla yanaşı, özünün necə qazi olmasından və döyüşdən sonrakı həyatından da bəhs edib.