Gənclərə azərbaycançılıq məfkurəsi təbliğ olunur
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrasına başlayıb. TUMİB-dən “OLAYLAR” -a bildiriblər ki, layihə çərçivəsində ilk tədbir Oğuz rayon mədəniyyət evində keçirilib.
23 Oktyabr 2017 13:42 Sosial"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr" layihəsinin icrasına başlayıb. TUMİB-dən "OLAYLAR" -a bildiriblər ki, layihə çərçivəsində ilk tədbir Oğuz rayon mədəniyyət evində keçirilib. Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Nəbiyev gənc nəslin milli ruhda tərbiyə olunmasında dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini bildirib. Birliyin sədri Çingiz Bayramov bildirib ki, layihənin keçirilməsində məqsəd gənclər arasında azərbaycançılıq məfkurəsini təbliğ etmək, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı olan gənclərin yetişməsinə təkan verməkdir. Ç.Bayramov, həmçinin gənclər arasında vətənpərvərlik təbliğatının aparılmasının vacibliyindən danışaraq, gənc nəsli ayıq-sayıq olmağa və yad ideologiyaların təsirinə düşməməyə çağırıb.
Tədbirdə azərbaycançılıq məfkurəsini region gəncləri arasında təbliğində belə layihələrin intensiv reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.