Ermənistanın Baş Qərargah rəisi ABŞ-a gedib

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Hakobyanın rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına yola düşüb. Movses Hakobyan 23-24 oktyabr tarixlərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda ABŞ-da keçirilən tədbirdə iştirak edəcək. 

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Hakobyanın rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına yola düşüb. Movses Hakobyan 23-24 oktyabr tarixlərində "Zorakı Ekstremist Təşkilatlarla Mübarizə" mövzusunda ABŞ-da keçirilən tədbirdə iştirak edəcək. 
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da Vaşinqton şəhərində "Zorakı Ekstremist Təşkilatlarla Mübarizə" mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb. AzVision.az erməni mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31