Gündəm
Millət vəkili çağırış etdi: Cumhuriyyət qurucularımızın məzarlığında məlumat lövhələri yerləşdirilsin
Millət vəkili Qənirə Paşayeva Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucuları və fəallarından danışıb. Deputat qeyd edib ki, onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atılmalıdır: “Hər zaman getdiyimiz yerlərdə fəxrlə deyirik ki, bütün müsəlman şərqində ilk parlamentli demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti bizə məxsusdur. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. Bir neçə gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik.
Oğru “iş başında” saxlanıb
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunaraq qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs müqavimət göstərərk hadisə yerindən qaçmağa cəhd göstərib.
Qaçan məhbusların axtarışı davam edir
Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) bir neçə məhkumun qaçması ilə bağlı məlumatlara aydınlıq gətirib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıb.
Vüsalə Kərimova hədələdi: "Həmin adamı yerlə-yeksan edəcəm" - QALMAQAL
"Yaşar gedərkən səni mənə tapşırmışdı. Mən bu günə kimi ona dəstək olmuşam"- reper Elşad Xosenin şoudan gedərkən Vüsalə Kərimovaya ünvanladığı sözlər gec də olsa cavabsız qalmayıb.
Şok kadrlar: yaşlı qadını ölümə itələdi - VİDEO
Dəmiryol vağzalının platformasında aramla yeriyən və qatar gözləyən qadın ölümdən qurtulub. O, ağır travmalarla xəstəxanaya aparılıb. Səbəb isə heç bir səbəb olmadan hücuma məruz qalmasıdır.
Premyer Liqada antirekord
Azərbaycan Premyer Liqasının IX turu mövsümün antirekordu ilə əlamətdar olub. Baş tutan 4 qarşılaşmada vur-tut 6 qol qeydə alınıb. Bu qolların yarısı Sumqayıtda vurulub. Meydan sahibləri "Zirə"ni 2:1 hesabı ilə yenib. Digər görüşlərin taleyini 1 qol həll edib.
İtaliyadakı REFERENDUMUN nəticələri
İtaliyanın şimalında yerləşən Lombardiya və Veneto vilayətlərində geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib. Seçicilərin böyük əksəriyyəti muxtariyyəti dəstəkləyib.
Sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü - Bərbər ölümünün TƏFƏRRÜATI
Dünən Mingəçevir şəhərində törədilmiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb. 27 yaşlı Eldar Abbasovun İsmət Qayıbov küçəsindəki bərbərxanada işləyən Pərviz Məmmədovu qısqanclıq zəminində öldürdüyü dəqiqləşib.
Mətanət həmkarlarını “TOPA TUTDU”: “Qıcqırmış kündələr...”
Müğənni Mətanət Əsədova “ATV maqazin 10-larla” proqramına müsahibə verib. Sənətçilərin onu təkrarlamasından şikayətlənən ifaçı həmkarlarını döyməklə hədələyib: “Mən nostalji mahnıları oxuyuram, onlar təkrarlayırlar. Sonra demirlər ki, bunu birinci Mətanət etdi, biz təkrarladıq.
Erməni diasporu prezident S.Sərkisyandan ciddi narazılığını gizlətmir
Yüksək Kilikiya Evinin başçısı I Aram Avropa ermənilərinin forumunda iştirak edərkən Dağlıq Qarabağı ermənilərin tarixi torpağı adlandırdı və Dağlıq Qarabağın müstəqilliyinin erməni xalqının haqqı olduğunu bildirdi. Ermənilərin ikinci, diasporun birinci keşişi olan I Aram milli tələbkarlıq prinsipini gündəliyə gətirdi. I Aramın fikrincə Ay dat (erməni məsələsi) milli tələbkarlıq prinsipinin dünyanın hər yerində yaymalıdır. I Aram və onun timsalında diaspor başa düşür ki, Dağlıq Qarabağ məsələsində hər şey S.Sərkisyanın və E.Nalbandyanın dediyi kimi deyil. Ona görə o Dağlıq Qarabağ məsələsində tələbkarlığı artırmağı milli məsələyə çevirdi. Bu məsələdə I Aramın mövqeyi mötəbər mövqe kimi qəbul edilə bilər.
Ermənistanda SOS: getdikcə yox olan düşmən ordusu
Ermənistan ordusunun iki əsgəri – 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan ölüb. Rəsmi məlumatda hər iki əsgərin silahdan ehtiyatsız davranışa görə öldüyü deyilir. Bu, itki Ermənistan ordusundakı vəziyyəti yenidən gündəmə gətirib.
TERROR – 13 nəfər həlak oldu
Nigeriyanın şimalında terror hadisəsi baş verib. Olaylar bildirir ki, hadisə zamanı 13 nəfər həlak olub, 18 nəfər yaralanıb. Nigeriyanın Maiduguri və Muna Dalti bölgələrində baş verən terror hadisəsini 3 kamikadze qadın tərəfinfən törədildiyi bildirilir.
Kərkükdəki vəziyyət Danımarkada müzakirə edilib
Azərbaycan, türk və türkmən cəmiyyətlərinin nümayəndələri Kopenhagendəki Türkmən Ocağında bir araya gəlibler. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətindən “OLAYLAR”-a verilən məlumata görə, tədbiri Türkmən Ocağının sədri Yurtan Karvancı açaraq qonaqlarə salamlayıb.
Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Daşkənddə keçirilən “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransdan sonra qonaqlar Buxara şəhərində olublar.














