Gündəm

Ermənistanda keçmiş döyüşçülərə ömürlük həbs veriləcək

23 Oktyabr 2017 12:13

Ermənistanda "Sasna Tsrer" təşkilatının üzvlərinə ömürlük həbs cəzası veriləcək. Siyasi məhbuslardan 5 nəfərin İrəvanda post-patrul xidməti alayının binasının ələ keçirilməsi haqda öncədən məlumatlı olmadığı, Jirayr Sefilyanı müdafiə məqsədilə etiraz aksiyalarında iştirak etdiyi bildirilib. Üç siyasi məhbusa - Smbat Barseğyan, Pavlik Manukyan və Varujan Avedisyana qarşı daha ağır cəza tətbiq ediləcəyi qeyd edilir. Belə ki, məhkəmə Pavlik Manukyan və Varujan Avedisyanı hadisənin əsas təşkilatçısı kimi tanıyaraq, onlara ömürlük həbs cəzası verməyi planlaşdırır.

Hulusi Akar ABŞ-a gedir

23 Oktyabr 2017 12:12

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ABŞ-a səfərə gedir. Bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb.  Akar ABŞ-da silahlı radikal qruplaşmalarla mübarizə aparan ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edəcək.

Əmək Nazirliyi 101 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib

23 Oktyabr 2017 12:09

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən daha 101 nəfər əlilliyi olan şəxs xüsusi  ayrılmış nəqliyyat vasitələri ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə istirahətə yola salınıb.

Diplomat: "İraqda həbsdə olan azərbaycanlıların azadlığa buraxılması istiqamətində işlər görülür"

23 Oktyabr 2017 12:04

“İraqın sərhədlərini qanunsuz olaraq keçdiyi üçün saxlanılan Azərbaycan vətəndaşlarının azad edilməsi istiqamətində işlər aparılır”. Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda həmin şəxslərin siyahısı, İraqa hansı yolla, nə vaxt gəldiklərinə dair məlumatlar dəqiqləşdirilir: “Bu işlər bitdikdən sonra onların həbsdən azad edilərək Azərbaycana göndərilməsi üçün çalışacağıq”.

"İlham Əliyevin D-8 sammitində iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir"

23 Oktyabr 2017 12:02

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir. Bunu  Milli Məclisin deputatı Azər Badamov deyib.

Bir gündə 4 nəfər avtomobilin qurbanı olub

23 Oktyabr 2017 12:00

Bakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib. Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayon ərzisində “Lada” markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə “Honda” markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.

Azərbaycanın risklər atlası hazırlanır

23 Oktyabr 2017 11:58

Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıq əsasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə risklər atlası hazırlamağa başlayırıq. Orada vacib məsələlərdən biri seysmologiya ilə bağldır.

Bakıda 8-9 ballıq zəlzələ gözlənilir?

23 Oktyabr 2017 11:56

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır. Bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Bərzaniyə ən böyük zərbə belə vuruldu - Peşmərgənin şah damarı kəsildi

23 Oktyabr 2017 11:52

İraq Kürd Muxtariyyətinə bir zərbə də neft ixracatı sahəsindən gəlib. Muxtariyyətin “Ceyhan” limanı vasitəsilə gerçəkləşdirdiyi neft ixracı 3 dəfə azalıb. İxracın azalması İraq ordusunun Kərkük şəhəri və onun ətrafındakı əraziləri peşmərgədən geri aldıqdan dərhal sonra baş verib. 

ABŞ-dan Rakka üçün yeni təlimat: “Heç kimi sağ buraxmayın!”

23 Oktyabr 2017 11:51

ABŞ-ın Suriyadakı təmsilçisi Bred Makqark Rakkada yeni qətliamlar üçün təlimat verib. O, şəhərdə 300 İŞİD üzvü olduğunu iddia edib və “onları canlı buraxmayın. Onlar Rakkada öləcəklər. Bizim məqsədimiz öldürməkdir” - deyib.

ABŞ hərbçiləri Cənubi Koreyada növbəti təlimə başlayacaqlar

23 Oktyabr 2017 11:49

ABŞ hərbçiləri Cənubi Koreyada növbəti təlimə başlayacaqlar. Budəfəki təlim Koreya yarımadasında fövqəladə vəziyyətlərdə təxliyə ilə bağlı olacaq. "Courageous Channel" adlı təlim oktyabrın 23-dən 27-dək keçiriləcək

Tezel azərbaycanlılardan üzr istəyib, keçmiş deputatı günahlandırdı 

23 Oktyabr 2017 11:46

"Qarabağ"ın azarkeşləri ilə bağlı yazısına görə tənqidlərə məruz qalan "Sabah" qəzetinin köşə yazarı Mevlut Tezel azərbaycanlılardan və Ağdam klubunun azarkeşlərindən bir daha üzr istəyib.

Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının müzakirəsi keçiriləcək

23 Oktyabr 2017 11:43

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ədəbiyyatşünas alim və tədqiqatçıların iştirakı ilə müzakirəsi keçiriləcəkdir.

“Azərenerji”nin baş mühəndisi: "Buranı bir saniyə də nəzarətsiz qoymaq olmaz"

23 Oktyabr 2017 11:38

Mən ziyalı ailəsində anadan olmuşam, ata və anam müəllim olub. Energetika sahəsinə maraq məktəbdə oxuyandan məndə kök salıb, sonra isə arzumun arxasınca getmişəm. Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışam. 1970-ci ildən isə təyinatla energetika sahəsində işə başlamışam. Artıq 47 ildir bu sahədə fəaliyyətimi davam etdirirəm.

Yaponiyada "Lan" fəlakəti - 5 ölü, 85 yaralı

23 Oktyabr 2017 11:28

Yaponiyanın üzləşdiyi "Lan" qasırğası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Daha 85 nəfərin isə qasırğa nəticəsində müxtəlif xəsarətlər aldığı bildirilib. Fukuoka şəhərində 63 yaşlı kişi üzərinə ağac aşması nəticəsində ölüb. Kisivada şəhərində isə bir qadın sel sularında qərq olan avtomobilin içində ölüb.