Gündəm
Səyyar ASAN xidmət bölgələrdə
Səyyar ASAN xidmət 23 oktyabr – 11 noyabr Ağsu rayonu, 23 oktyabr – 6 noyabr Qaradağ rayonunun Sahil qəsəbəsi və Göygöl şəhəri, 27 oktyabr – 25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 27 oktyabr – 6 noyabr Oğuz şəhəri, 28 oktyabr – 11 noyabr H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 23 - 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.
Torpaqların elektron kadastr uçotuna başlanılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasına start verilib. Komitədən “Olaylar”a verilən məlumata görə, görüləcək işlərin mahiyyəti və nəticələrinin izahı, bununla əlaqədar aidiyyatı qurumların koordinasiyası ilə bağlı Biləsuvar rayonunda maarifləndirici regional İşgüzar Forum keçirilib.
Cəfər Cabbarlının qızına baş çəkdilər - “Cabir Novruz” Mədəniyyət Fondu
“Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov başda olmaqla fondun üzvləri, dahi dramaturqumuz Cəfər Cabbarlının evində qızı Gülarə xanım Cabbarlıya baş çəkiblər. Olaylar bildiri ki, fondun prezidenti Cavanşir Qurbanov bu yaxınlarda dillər əzbəri olmuş “Ana” şeirinə bəstələnmiş mahnının klip versiyasına “Beynəlxalq Mətbuat Mərkəzi”ində keçirilən tədbirdə baxdığını və ağbirçək anamız Gülarə xanıma həsr olunduğunu bildirdi. Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun “Ana” mahnısını möhtəşəm ifasından bəhs etdi.
Dünya türkoloqları Qazaxıstanda toplaşıblar
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresdə iştirak edib.
Qatardan qaçan məhbusun DƏHŞƏTLİ KEÇMİŞİ: "Krutoy Elvin"in qatili
Biləcəridən qaçan məhbuslardan biri kriminal aləmdə nüfuzlu şəxslərdən birinin qatilidir. Məlumata görə, qaçan məhbus 1983-cü il təvəllüdlü Əli Ağami kriminal aləmdə “Krutoy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qatilində ittiham olunub. Məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz silah gəzidrmə) maddələri ilə ittiham olunan Əli Ağami bu gün saxlandığı Kürdəxanı istintaq təcridxanasından Şirvan şəhərinə etap olunarkən Biləcəri dəmiryolu stansiyasında qaça bilib. Məlumata görə, Əli Ağaminin cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsində proses gedir.
Bakının döyüş tapşırığı İrəvanı QORXUYA SALDI: “Ermənistan ciddi zərbələrlə üzləşə bilər”
Müdafiə naziri Zakir Həsənovun Ali Baş Komandanın tapşırıqlarına əsasən Silahlı Qüvvələr Mərkəzi Komanda Məntəqəsində keçirdiyi müşavirə düşmən tərəfindən ciddi narahatlıqla qarşılanıb.
“İrma” qasırğası 30 il əvvəl butulkada göndərilmiş məktubu okean sahilinə atdı
ABŞ-da ər-arvad Atlantik okeanının sahilində butulkada məktub aşkar ediblər. Onu sahilə "İrma" qasırğası çıxarıb. Uşaq xətti ilə yazılan məktubun 1988-ci ildə göndərildiyi məlum olub. "Salam, mənim adım Miranda Doun Mossdur. Mənim 8 yaşım var. Mən Cənub Karolinada ibtidai məktəbin üçüncü sinifində oxuyuram", - bu sətirlərlə başlanan məktub mətbuatın marağına səbəb olub.
Maddə asılılığına qarşı seminar
Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Sosial İş İctimai Birliyinin növbəti seminarı keçirilib. Olaylar bildirir ki, Kulturologiya fakültəsinin Sosial iş tələbələrin iştirak etdiyi seminar “Sosial İş və Maddə Asılılığı”na həsr olunub.
Dərsliklərin qiymətləndirilməsi üçün ekspertlər axtarılır
Azərbaycanda orta məktəb dərsliklərinin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur. Məlumata görə, dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.
Azərbaycanın zəlzələ ocaqları tam öyrənilib
Bu gün Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqları tam öyrənilib. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakıda seysmologiyaya həsr olunan seminarda çıxışı zamanı deyib.
ABŞ-da silahlı insident baş verib
ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində silahlı insident baş verib. Atışma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Yaralanan şəxs dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır.
5,1 bal gücündə zəlzələ - İranda
Kafedə kişi üstündə qadınlar arasında dava: yaralanan var - Bakıda
Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub. Hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib. Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib.
"Qarabağ” Futbol Klubu dünya gündəmində
Kuba Elmi və Texnoloji Məlumat İnstitutu nəzdində fəaliyyət göstərən “EcuRed” internet Ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın “Qarabağ” futbol klubu haqda məqalə yayımlanıb. Olaylar bildirir ki, məqalədə “Qarabağ” FK-nın yaranma tarixindən bəhs edilir, Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan “Qarabağ” klubunun rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir. Məqalədə həmçinin qeyd olunur ki, Dağlıq Qarabağın, o cümlədən Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildiyindən sonra “Qarabağ” futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb.
Rusiyaya məxsus gəmi qəzaya uğradı - Yaponiyada
Rusiyaya məxsus “Real” yük gəmisi Yaponiyanın Fusiki limanında qasırğa zamanı qəzaya uğrayıb. Ekipaj heyəti xəsarət almayıb.














