Gündəm
Məhkum həbsxanada evləndi - Bakıda
Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Baxışov Ehtiram Ələddin oğlu ilə vətəndaş Məmmədova Sevalə Əflatun qızının müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb. Mərasimdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin rəis əvəzi Aygün Eminova tərəfindən həmin şəxslərin nikahı rəsmiləşdirilib.
Polad Bülbüloğlu medala layiq görüldü
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb. Təşkilatın yaranmasının 25 illiyinə həsr olunmuş yubiley medalını ona bazar günü Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti" İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib. Mükafatlandırma mərasimi P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilib.
478 itmiş sənəd tapıldı
"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 478 itmiş sənəd qeydə alınıb. Bu sənədlərdən 155-i sahiblərinə qaytarılıb. Tapılan sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 12-i isə "Azərpoçt"un filiallarında qalır. MMC-dən onu da bildiriblər ki, tapılan sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olur.
Yaponiya sahillərində tayfun nəticəsində 1 nəfər ölüb
Filippində zəlzələ
Bu gün Filippinin Luson adasında 5,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Yerli vaxtla saat 22.21 radələrində baş verən zəlzələnin ocağı Putol şəhərindən 2 km cənub-şərqdə, paytaxt Maniladan 50 km cənub-qərbdə, 23 km dərinlikdə yerləşib.
Əyləncə mərkəzinə silahlı hücum - İçərdəki insanlar girov götürüldü
Britaniyada Naniton şəhərindəki əyləncə mərkəzlərindən birinə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb. Bu barədə şahidlərə istinadən "Mirror" nəşri məlumat yayıb. Cinayətkarın tüfənglə silahlandığı bildirilir.
Gülben Ergen haqqında YENİ İDDİA: “Ananı niyə qocalar evində qoydun?”
Son günlərdə şəxsi həyatı ilə maqazin xəbərlərindən düşməyən Gülben Ergen haqqında yeni bir iddia ortaya çıxıb. Erol Köse verilişdə ulduzun anasının qocalar evində qaldığını irəli sürüb. O, ekrandan Gülbenə "O qədər pulun var, niyə ananı qocalar evinə qoymusan?" sualı ilə müraicət edib.
İtaliyalı rejissorla görüş - Bakıda
Oktyabrın 21-də Bakıda İtaliyanın tanınmış rejissor-ssenaristi Fransesko Buruni ilə görüş keçirilib.“İtaliyan dili həftəsi” çərçivəsində reallaşan görüşdə “Müasir dövrdə kino sənətinin inkişafı və onun ərsəyə gəlməsi” mövzusu müzakirə olunub. Ölkəsində kino sənətinin inkişafından söz açan qonaq deyib ki, azərbaycanlı rejissorlarla bu yöndə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanda kino çəkilişləri üçün əlverişli şəraitin olduğuna toxunan F.Buruni burada olduğu müddətdə yaranacaq yeni imkanlardan istifadə edəcəyini qeyd edib.
Almaniyanın tanınmış caz qrupu Bakıda
Bakıda Almaniyanın məşhur “Siminoloc” caz kvartetinin iştirakı ilə ustad dərsləri təşkil edilib. “Landmark”da reallaşan ustad dərsləri Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən XII Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşib.
PKK ilə şiddətli atışma: Türkiyəyə pis xəbər
Puşkov: Kim Çenin ölüm fərmanı yazılıb
Kim Çen İnin ölüm fərmanı yazılıb. Bu sözləri rusiyalı senator Aleksey Puşkov Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo Şimali Koreya lideri Kim Çen İnin anidən öləcəyi təqdirdə səssiz qalacaqlarını söyləməsinə münasibət bildirərkən deyib.
Şahzadənin 90 dollarlıq libası
İspaniya şahzadəsi Letisiya geyimi ilə gündəmə gəlib. Hər zaman incəliyi və zərifliyi ilə seçilən 45 yaşlı şahzadə Madriddə iqamətgahında keçirilən tədbirlərdən birində "Zara" brendindən olan, 90 dollar məbləğindəki şifon parçadan olan çiçəkli libas geyinib.
Konsulluğa hücum
İran İslam Respublikasının Ərbildəki konsulluğunun binasına hücum olub. Bununla əlaqədar İranın Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda konsulluğa edilən hücum pislənib, bu əməli törədənlərin tutularaq cəzalandırılması istənilib və Ərbil administrasiyasından diplomatik nümayəndəliklər haqqındakı beynəlxalq konvensiyanın şərtlərinə əməl edilməsi tələb olunub. baş verən insidenti İraqın rəsmi şəxsləri və ziyalıları da pisləyərək bunu təxribat kimi qiymətləndiriblər.
Ermənistanın növbəti təxribatı - Hərbi qulluqçumuz şəhid olub
Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
“WhatsApp” istifadəçilərinə bəd xəbər
İndiyə qədər “WhatsApp” sosial şəbəkəsində istifadəçilərə bir çox yeni xidmət təklif olunub. Lakin bu dəfəki yenilik hər kəsin ürəyincə olmaya bilər. Milyonlarla istifadəçisi olan sosial şəbəkə “canlı məkan” funksiyasını işə salmağa hazırlaşır. Belə ki, artıq harda olduğunuzu canlı şəkildə göstərə biləcəksiniz.






.jpg)







