Gündəm
Fransaya getmək istəyən azərbaycanlılar yeni qaydalarla üzləşəcəklər
Viza üçün müraciət edənlərə bildirilir ki, növbəti həftələrdə Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilən vizaların alınmasında yeni qaydalar tətbiq olunacaq. Əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən “TLS Contact” şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq. Bu şirkət Bakıda «Globus Center» də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi viza müraciət edənlərə xidmət göstərəcək. Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək :
Temur Abazov icra başçısı oldu
Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısına namizədi Temur Abazov seçkilərdə qələbə qazanıb. Mərkəzi Seçki Komissiyası xəbər verir ki, rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib.
FHN mətbuat katibi vəzifəsindən getdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb. Bu barədə Oqtay Bayramov özü məlumat verib. O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib. "Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin".
""Twitter" hesabım olmasaydı, prezident ola bilməzdim"
ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib. O, "Fox Business Network"a müsahibəsində deyib.
"Hürrəm sultan"dan etiraf: Pul qarşılığında bir şeyxlə...
"Muhteşem yüzyıl" serialında ifa etdiyi "Hürrəm sultan" obrazı ilə hamını özünə heyran qoyan Meryem Uzerli yeni filmi ilə bir daha pərəstişkarlarının qarşısına çıxacaq. Cazibədar aktrisa şəxsi həyatı ilə bağlı bilinməyənlərdən danışıb. O, qızı Laranın atası ilə heç bir əlaqəsinin olmadığını söyləyib. Aktrisa qızının gələcəyi üçün daha çox pul qazanmalı olduğunu bildirib.
Oteldə partlayış
Ali Baş Komandan tapşırıqlar verib - General
Ermənilər cəbhədə növbəti dəfə təxribatlar törətməyə cəhd etsələr, bu, heç bir nəticə verməyəck. Bu sözləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov deyib. “Ümumiyyətlə, cəbhə xəttində yaranmış vəziyyətgərginləşəndə bütün qoşun növlərində sayıqlığın gücləndirməsi üçün qərar qəbul edilir. Bu qərar ermənilərə qarşı daha çevik manevr imkanlarına hazırlıq məqsədi daşıyır. Görünür, Ermənistan Dağlıq Qarabağ məsələsini təznimlənməsi üzrə danışıqlar prosesində sülhdən boyun qaçırdığına görə, Ali Baş Komandan müvafiq tapşırıqlar verib. Çünki ermənilər hər an təxribatlar törədə bilər. Onlar ancaq təxribatlarla məşğul olsalar da,indiyə qədər heç bir nəticəyə nail ola biməyiblər”, - general bildirib.
Prezident vacib məqama toxundu - Politoloq
D-8 formatı ilə əməkdaşlıq və üzvlük perspektivi Azərbaycanın tranzit ölkə kimi də mövqelərini daha da gücləndirəcək. Bu sözləri İstanbulda D-8 İqtisadi Əməkdaşlıq TəşkilatınınIX Zirvə görüşünüvə Azərbaycanın sammitdə iştirakını dəyərləndirən analitik Elçin Mirzəbəyli deyib. Analitik diqqətə çatdırıb ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı olduqca önəmli bir iqtisadi əməkdaşlıq platformasıdır və əhalisinin sayı 1 milyard 200 milyon nəfər yaxın olan nəhəng bir ərazini əhatə edir:
50 vaqondan ibarət yük qatarı relsdən çıxıb - ABŞ
Xalq artisti: “O bir səhvi arvadıma bağışlamadım...”
O, “Səndən artist olmayacaq” deyən müəllimi, ustadı ilə eyni vaxtda xalq artisti adına layiq görülüb. Sevdiyi sənətin arxasınca getdiyi üçün on il atasından küsülü qalıb. Əlacsız qaldığına görə tələbəlik illərini ən yaxın dostunun evində yaşayıb. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan teatrının ilk aktyorlarından olub. “Azərbaycanfilm”dən başqa “Türkmənfilm”, “Tacikfilm”, “Özbəkfilm”, ““Mosfilm”, Almaniyanın “Defa” studiyalarının filmlərinə çəkilib. Ağstafada ev tikib, orda məskunlaşmağa qərar verən aktyor Xalq Teatrında yeni tamaşaya quruluş vermək ərəfəsindədir. “Danışan fotolar”da bu dəfə Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Tariyel Qasımovla həmsöhbət olduq.
Qazaxda partlayış: yaralanan var
13 Azərbaycan vətəndaşı saxlanıldı - Qazaxıstanda
Qazaxıstanın Miqrasiya Xidiməti tərəfindən aparılan əməliyyat nəticəsində tikintidə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 13 Azərbaycan vətəndaşı saxlanılıb. Yoxlama zamanı həmçinin onların Şimali Qazaxıstan vilayətində qeydiyyatsız yaşadıqları ortaya çıxıb.
Məktub 126 milyon funt sterlinqə satıldı
"Titanik" gəmisinin sərnişinin məktubu hərracda 126 milyon funt sterlinqə satılıb. Məktub 1912-ci ildə amerikalı biznesmen Oskar Holverson tərəfindən yazılıb. Bu məktub hələlik gəmidən tapılan yeganə məktubdur.
Naməlum şəxs küçədə insanlara atəş açıb - Pensilvaniyada
Bakıda parkomatı sındırdılar: "Samaraya bilet lazımdır"
Paytaxtın Hüseyn Cavid prospektindəki parkomat aparatlarından biri sındırılıb. Səhər saatlarında bir kişi parkomata yaxınlaşaraq yumruq və təpik vurub. Sərxoş olduğu güman edilən kişi qışqıraraq "Mənə Samaraya bilet lazımdır" deyib.







.jpg)






.jpg)