Gündəm

“FotoMən” fotoqrafiya kursunun açılış mərasimi 

22 Oktyabr 2017 08:47

“FotoMən” fotoqrafiya kursunun açılış mərasimi keçirilib. Fotoqrafiya kursu "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət carçısı” layihəsinin təşkilatçılığı, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı və “ASAN radio”nun media dəstəyi ilə həyata keçirilir. Olaylar bildirir ki, peşəkar fotoqraflar tərəfindən keçiriləcək təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirilməsidir. Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studio çəkilişlərində iştirak edəcək, qrup işlərini və ev tapşırığını yerinə yetirəcəklər.

Astanadan Bakıya uçan sərnişin təyyarəsində PROBLEM - Geri qayıtdı

22 Oktyabr 2017 08:34

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb. Bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Telekanallarda bədii, musiqili və cizgi filmlərinin nümayişinə görə qonorar ödəniləcək

22 Oktyabr 2017 08:32

Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə bu əsərlərin yaradıcı heyətinə qonorar ödəniləcək. Bu, Nazirlər Kabinetinin Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda etdiyi dəyişikliklərdə əksini tapıb.

İnfarktın qarşısını alan makaron istehsal edildi

22 Oktyabr 2017 08:30

İtaliyanın Toskana şəhərində yerləşən "Sant Anna" tədqiqat məktəbinin elm adamları infarktın qarşısının alınmasında effektiv olan makaron hazırlayıb. Yeni makaron çeşidi vücudu stressə və damar xəstəliklərinə qarşı daha müqavimətli edir.

Cüdoçumuz ermənini yenərək dünya çempionu oldu

22 Oktyabr 2017 08:27

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində fərdi yarışlar başa çatıb. Mötəbər yarışın sonuncu günü Azərbaycan millisi daha bir uğura imza atıb. Belə ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Kotsiyevin rəqibi Ermənistan əsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Tuba Büyüküstün nəhayət ki, gənc sevgilisi ilə əl-ələ göründü 

21 Oktyabr 2017 20:05

Tuba Büyüküstün özündən 9 yaş kiçik sevgilisi Ümid Evirgenlə ilk dəfə səmimi şəkildə əl-ələ görüntülənib. Uzun müddətdir sevgili olduqlarını gizlədən cütlük İstanbulda gecə gəzməyə çıxıb. Aktrisa gənc sevgilisi ilə jurnalistlər tərəfindən görüntülənib. Onlar sualları cavabsız qoysa da, əvvəlkilər kimi sərt reaksiya göstərməyiblər.

Yaponiya növbəti təbii fəlakətlə üz-üzə

21 Oktyabr 2017 20:03

"Lan” qasırğası Yaponiya sahillərinə yaxınlaşır. Yaponiya Meteorologiya Agentliyinin mütəxəssisləri "Lan" qasırğasının Filippin dənizi üzərində olduğunu və Yaponiyaya təxminən 15 km/saat sürətlə hərəkət etdiyini bildiriblər.

Mehriban Xanlarova məhkəmə ilə hədələdi: "...ləçərliklə, həyasızlıqla səs toplayıb"

21 Oktyabr 2017 19:44

məkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova Elşad Xose ilə mübarizəsinə son verərək, şou əhlini hədəfə alıb. Açıqlama verən aktrisa onu təhqir edən məşhurları məhkəməyə verəcəyini deyib: "Elşad artıq şoudan getdi. Vüsalə sağ olsun, qadın həmrəyliyini göstərdi və mənim intiqamımı ondan aldı. Daha Elşadla işim yoxdur. Şoudan çıxanda məni qucaqlayıb, əlimdən öpdü. Qulağıma da pıçıldadı ki, səni çox sevirəm, bağışla, bu, bir oyundur. Mənim onunla əvvəllər problemim olmayıb, onu Oksanaya görə tanımışam. Ancaq şəxsiyyətimi təhqir edən şou-biznes nümayəndələri məni qarşılarında görəcəklər.

“Facebook”da möhtəşəm yenilik olacaq

21 Oktyabr 2017 19:40

"Facebook" sosial şəbəkəsində yaxın zamanlarda ikinci lent yaradılacaq. Saytda əlavə olaraq istifadəçini maraqlandıra biləcək xəbərlər və məsləhətlər əks olunacaq.   İlk olaraq "Explore"nin yeni əlavələrinə "Twitter"in xarici istifadəçiləri nəzər yetiriblər. Sonradan sosial şəbəkədə artıq məsləhətlər olan yeni lentin olacağı ilə bağlı təsdiqini tapan məlumatlar da yayılıb.  

Dünyanın ən bahalı təyyarə biletləri

21 Oktyabr 2017 19:35

Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Etihad Airways" aviaşirkəti satışa dünyada ən bahalı təyyarə biletlərini çıxarıb. Aviabiletin qiyməti 80,5 min dollardır. Bu biletlə "Etihad Airways"lə Londondan Melburna uçmaq olacaq. Bileti alan təyyarədə 3 otaqlı VİP nömrə ilə təciz olunacaq. Nömrə yataq, qonaq və hamam (vanna) otaqlarından ibarətdir. Yataq otağında ikinəfərlik çarpayı var və bu hava nəqliyyatı uçuşlarında yenilik hesab edilir. Həmçinin apartamentlərdə 2 televizor, şəxsi qulluqçu və aşpaz var.

Marixuanadan istifadə qanuniləşir - YENİ LAYİHƏ

21 Oktyabr 2017 19:31

Latın Amerikası ölkəsi olan Peruda marixuana tibbi məqsədlərlə istifadə ediləcək. Bu məsələ artıq rəsmi qaydada təsdiqlənib. Belə ki, mühafizəkarların üstünlük təşkil etdiyi Məclisdə marixuananın tibbi məqsədlə istehsalı, idxalı və satışının mümkünlüyünü nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Məclisdə 5 nəfər layihənin əleyhinə, 67 nəfər isə lehinə səs verib. Millət vəkillərinin fikrincə, bu layihə minlərlə xəstənin həyat keyfiyyətini yüksəlməsinə kömək edəcək.

Hakerlər İspaniya Konstitusiya Məhkəməsinin saytını sındırıblar

21 Oktyabr 2017 18:36

“Anonymus” beynəlxalq qruplaşmasının hakerləri İspaniya Konstitusiya Məhkəməsinin saytının işini iflic edib. Bunu ölkənin milli təhlükəsizlik departamenti bildirib. Departamentin “Twitter” səhifəsində yerləşdirdiyi bəyanata əsasən, “Anonymus” fəalları “OpCatalunya” və “FreeCatalunya” adı altında kiberhücum əməliyyatlarına başlayıb.

Ukrayna mətbuatı Gənc Tamaşaçılar Teatrından yazıb

21 Oktyabr 2017 18:16

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ukraynanın paytaxtı Kiyevdə “Mariya” Beynəlxalq Monotamaşalar Festivalında təmsil olunub. Olaylar bildirir ki, sənət ocağının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə festival iştirakçılarının qarşısına çıxıb.Tamaşanın nümayişindən sonra iştirakçı dövlətlərin teatr xadimləri səhnə əsəri haqqında müsbət rəy bildiriblər. Ukraynanın ən çox oxunan “Gün” qəzetində tanınmış yazıçı, teatr tənqidçisi Dmitriy Drozdovskinin festivalda təqdim olunan ən yaxşı tamaşalara həsr olunmuş “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsi dərc edilib. Məqalədə ilk olaraq “Kontrabas” tamaşası haqqında söz açılır.