Gündəm

Ebru Gündeşlə Tuba Büyüküstünün elə görüntüləri yayıldı ki... - FOTO (18+)

21 Oktyabr 2017 18:11

“Milliyet.com” jurnallar üçün yarıçılpaq poza verən türkiyəli ulduzların şəkillərini yayıb. Məşhurlar arasında Ebru Gündeş, Sibel Can, Seda Sayan, Hande Ataizi və başqaları var. Ebru Gündeş karyerasının ilk illərində “Gala” jurnalı üçün yarıçılpaq halda, qucağında körpəylə obyektiv qarşısına keçib. Aktrisa Hande Ataizi at üstündə verdiyi pozayla məşhurlaşıb.

İsrail Suriyanı vurdu

21 Oktyabr 2017 18:08

İsrail Suriya ordusunun hava hücumları təşkil etdiyini iddia edərək bu ölkənin 3 hərbi bazasını vurub.  İsrail Müdafiə Qüvvələri işğal altındakı Qolan təpələrinə 5 mərmi atıldığını deyib. Ordu da buna qarşılıq olaraq Suruiyaya aid hərbi mövqeləri hədəf alıb. Suriya ordusu da Qolan təpələri yaxınlığındakı mövqelərdən birinin İsrail tərəfindən vurulduğunu təsdiq edib. Açıqlamada İsrailin müxalif qüvvələrin hücumunu bəhanə kimi istifadə etdiyi bildirilib.

Cəlilabdlı oğlanda Bakıda 16 yaşlı sevgilisinə qarşı İYRƏNC ƏMƏL: aldatdı, zorladı, sonra...

21 Oktyabr 2017 15:13

 Xırdalan şəhərində sevgilisinə təcavüz etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Pərvin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Pərvin Cəbrayılov Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olub. Amma faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda kirayədə yaşayıb, paytaxtda fəhləliklə məşğul olub.

Pərvin Abıyevanın estetik əməliyyatdan əvvəlki görüntüləri OLAY OLDU – FOTOLAR

21 Oktyabr 2017 15:10

Tanınmış aktrisa Pərvin Abıyeva dodaqlarının daha həmcli görünməsi üçün gel vurduran məşhurlar cərgəsinə qoşulub. Bir neçə gün əvvəl 27 yaşını qeyd edən aktrisa sosial şəbəkədə yeni fotosunu paylaşıb. Kino ulduzunun köhnə şəkilləri ilə müqayisədə dodaqlarının daha dolğun görünməsi diqqətdən qaçmayıb.

ABŞ-dan PKK-ya TƏBRİK

21 Oktyabr 2017 15:07

ABŞ-ın xarici işlər naziri Reks Tillerson “DSG” adı altında fəaliyyət göstərən PKK-PYD terror təşkilatını təbrik edib.  DSG dünən Suriyanın Rakka şəhərini İŞİD-dən təmizlədikdən sonra rəsmi qələbəsini elan etmişdi. R.Tillerson yayımladığı mesajda şəhərin İŞİD-dən təmizlənməsi səbəbilə Suriya xalqını, Suriya Demokratik Qüvvələrini və Suriya-Ərəb Koalisiyasını təbrik edib:

Yeni nazirlik YARADILDI - Yeni nazirlik YARADILDI - 27 yaşlı şəxs RƏHBƏR OLDU

21 Oktyabr 2017 15:06

ABŞ, Yaponiya, Çin, Cənubi Koreya kimi texnologiya istehsalı ilə məşğul olan ölkələrin ağlına gəlməyəni Birləşmiş Ərəb Əmirlikləri edib. Ölkədə Süni İntellekt nazirliyi yaradılıb. Texnologiya dünyasında robotlar başda olmaqla bütün yeni nəsil qurğuların işinin əsasını təşkil edən süni intellekt nazirliyinə artıq təyinat da olub. BƏƏ-nin baş nazirinin müavini, baş nazir və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumu bu barədə tviterdə məlumat paylaşıb. Onun sözlərinə görə, yeni nazir vəzifəsinə 27 yaşındakı Ömər Bin Sultan Əl Olama təyin edilib.

Türkiyə və Azərbaycan arasında hərbi saziş

21 Oktyabr 2017 15:04

Türkiyə Azərbaycanla hərbi sazişi ratifikasiya edib. Bu barədə Türkiyənin “Rəsmi qəzet”inə istinadən məlumat verib. Qeyd olunur ki, sualtı hücum, sualtı müdafiə və ixtisaslaşmış dalğıcların hazırlanması sahələrində əməkdaşlığın möhkəmələndirilməsi barədə sənəd ratifikasiya olunub.

"Qarabağ"ı təhqir edən türk jurnalist üzr istədi - FOTOFAKT

21 Oktyabr 2017 15:02

“Sabah” qəzetində “Ezik kareoqrafi” başlığı ilə xəbər yazan jurnalist Mevlüt Tezel üzr istəyib. Bu barədə o, Tvitter hesabında paylaşım edərək, səhv anlaşılan yazıya görə üzr istəyib.

Qarabağda hərbi hissədə partlayış:  Xeyli sayda ölən və yaralanan var

21 Oktyabr 2017 09:53

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrindən birində partlayış baş verib. Bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar. Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib.

Xaçmazda itkin düşmüş məktəbli tapıldı 

21 Oktyabr 2017 09:51

Ötən gün Xaçmaz rayonunda dərsdən çıxandan sonra evə qayıtmayan məktəbli tapılıb.  Xaçmaz rayon Rəsul Rza küçəsində yaşayan 11 yaşlı Zamin Mənsur oğlu Daşdəmirov bu gün səhər saat 09:30 radələrində Xaçmaz parkında tapılıb və ailə üzvlərinə təhvil verilib.

Xızıda partlamamış hərbi sursat tapıldı

21 Oktyabr 2017 09:50

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

Restoranda bıçaqlanma - Gənc oğlanın dili batdı

21 Oktyabr 2017 09:48

Bakıdakı restoranlardan birində iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Salyan yolu, 62 ünvanında yerləşən “Qurman” restoranında 1992-ci il təvəllüdlü Elvin Mirzəyev tanımadığı bir nəfərlə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman naməlum şəxs Elvin Mirzəyevə çoxsaylı bıçaq zərbələri vurub və hadisə yerindən qaçıb.

Putin Ərdoğana zəng etdi

21 Oktyabr 2017 09:45

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Dövlət başçıları müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildiriblər.

Azərbaycan snayperləri iş başında: bir günə 3 erməni ölür, 1-i yaralanır

21 Oktyabr 2017 09:44

“Sputnik Armenia” agentliyinin direktoru, 90-cı illərdə NTV kanalının xüsusi müxbiri işləmiş Dmitri Pisarenko öz arxivndən Qarabağa dair 20 il əvvəl çəkilmiş yeni reportaj yayımlayıb. Reportaj 1997-ci ilin mayında Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkiləri” vaxtı təmas xəttində hökm sürən vəziyyətlə bağlıdır. Jurnalist ermənilərin səngərindən çəkiliş aparır və ona xəbərdarlıq edirlər ki, başından dəbilqəni çıxarmasın, çünki Azərbaycan snayperləri işləyir. Cəmi bir neçə dəqiqədən sonra Pisarenko bu xəbərdarlığın boş yerə olmadığına əmin olur, Azərbaycan snayperinin açdığı atəşlə onun bir metrliyində dayanmış erməni əsgər yerə sərilir. Güllə əsgərin başındakı dəbilqəni deşərək onun kəllə sümüyünü dağıdır. Lakin onu xəstəxanaya çatdırmaq və xilas etmək mümkün olur.