ABŞ-dan PKK-ya TƏBRİK

ABŞ-ın xarici işlər naziri Reks Tillerson “DSG” adı altında fəaliyyət göstərən PKK-PYD terror təşkilatını təbrik edib.  DSG dünən Suriyanın Rakka şəhərini İŞİD-dən təmizlədikdən sonra rəsmi qələbəsini elan etmişdi. R.Tillerson yayımladığı mesajda şəhərin İŞİD-dən təmizlənməsi səbəbilə Suriya xalqını, Suriya Demokratik Qüvvələrini və Suriya-Ərəb Koalisiyasını təbrik edib:

ABŞ-ın xarici işlər naziri Reks Tillerson "DSG" adı altında fəaliyyət göstərən PKK-PYD terror təşkilatını təbrik edib.

DSG dünən Suriyanın Rakka şəhərini İŞİD-dən təmizlədikdən sonra rəsmi qələbəsini elan etmişdi.

R.Tillerson yayımladığı mesajda şəhərin İŞİD-dən təmizlənməsi səbəbilə Suriya xalqını, Suriya Demokratik Qüvvələrini və Suriya-Ərəb Koalisiyasını təbrik edib:

"İşimiz hələ ki bitməyib. Ancaq Rakkanın xilas edilməsi İŞİD-lə mübarizədə kritik dönüş nöqtəsidir. Bu, terrorçuları məğlub etmək üçün Suriya daxilində və beynəlxalq cəhdlərin nəticəsini göstərməkdədir".

O, Rakkada yeni sivil şura qurulacağını və şəhərin bu şura tərəfindən idarə ediləcəyini bildirib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31