Gündəm
Azərbaycanda 3 dövlət qurumu xidməti avtomobillərdən məhrum edildi
Azərbaycanın bir sıra dövlət qurumlarında xidməti avtomobillərdən istifadəsinə xitam verilib. Bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən dəyişiklikdə deyilir.
Azərbaycan rəssamlarının əsərləri Luvr muzeyində
Parisdə keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib. Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.
Səməd Səmədov əməliyyat olundu
6-cı sinif şagirdi itkin düşdü - Xaçmazda
Xaçmaz şəhərində məktəb şagirdi itkin düşüb. Xaçmaz şəhər 5 saylı məktəbin 6-cı sinif şagirdi 2006-cı il təvəllüdlü Daşdəmirov Ramin Mənsur oğlu məktəbdən çıxdıqdan sonra evə getməyib. Onun valideynləri uşağın itkin düşməsi barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.
Ekologiyanı qoruyaq - sağlam olaq
ktyabrın 23, saat 14:00da Binəqədi rayon Gənclər Evində “Ekologiyanı qoruyaq, sağlam olaq” adlı layihəyə start veriləcək. Olaylar bildirir ki, layihə Gənclər Fondunun maliyyə, Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə baş tutacaq. Layihədə əsas kontingent 14-25 yaşarası gənclərdir. Sözügedən layihənin əsas məqsədi ekologiyanın qorunmasının vacibliyini gənclərə çatdırmaq və bunun üçün gənc nəsli maarifləndirməkdir. Layihə çərçivəsində gənclər üçün 3 təlim nəzərdə tutulub.
Ermənilərin hərbi hissəsində GÜCLÜ PARTLAYIŞ: ölən və yaralananlar var
Ermənistan ordusunun işğal olunmuş Xocavənd rayonu ərazisindəki hərbi hissədə partlayış olub. Partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Röyanın konsertində İZDİHAM - Bu dəfə GÜRCÜSTANDA
Əməkdar artist Röya Ayxan 18 oktyabr tarixində Gürcüstanın Marneuli rayonunda konsert proqramı ilə çıxış edib. 2 saatlıq konsert “Gürcü arzusu” partiyasının Marneuli rayonunun meri vəzifəsinə namizədi Teymur Abazova dəstək xarakteri daşıyıb.
Hindistanın milli bayramı olan Divali qeyd edildi
Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində universitetin Hind dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Hindistanın milli bayramı olan Divali bayramı qeyd edilib. Olaylar bildirir ki, tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib. Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova səfiri salamlayıb və universitet rəhbərliyi adından onu Divali bayramı münasibəti ilə təbrik edib. Tədbirin iştirakçılara Hindistan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradacağını deyən J.Qəribova onun təşkil edilməsinə görə Hind dili və Mədəniyyəti Mərkəzinə təşəkkürünü bildirib.
Fondlarda mühafizə olunan təhsilə dair sənədlərin təqdimatı
AMEA Mərkəzi Elmi Kitabxanasında “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı" adlı tədbir keçirilib. Olaylar bildirir ki, slaydlı təqdimatı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Surə Məmmədova təqdim edib. MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təsnifatını aparan S.Məmmədova fəlsəfə, psixologiya, məntiq, ictimai və humanitar elmlər, riyaziyyat, tibb elmləri, texnika, incəsənət, tarix, coğrafiya, informasiya texnologiyaları, kitabxanaçılıq kimi elm sahələri üzrə seçilmiş dərsliklərin bir qrupunun siyahısını açıqlayıb.
Polşada silahlı hücum
Polşada naməlum şəxs bıçaqla kütlənin üzərinə hücum edib. Hadisə ölkənin cənub-şərqindəki ticarət mərkəzlərindən birində qeydə alınıb. Təxminən 27 yaşlı kişi binaya daxil olaraq qarşısına çıxan hər kəsə bıçaqla zərbələr endirib.
Görkəmli bəstəkar Tofiq Quliyev anıldı
Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Azərbaycan musiqisi xəzinəsi” adlı anım mərasimi keçirilib. Universitetin Auditoriya+ proqramı çərçivəsində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının birgə təşkil etdiyi tədbirdə görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı mühüm xidmətlərindən bəhs edilib. Olaylar bildirir ki, tədbir iştirakçılarını salamlayan ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Tofiq Quliyev yaradıcılığının milyonlarla dinləyicinin qəlbini fəth etdiyini bildirib: “Biz ulu öndərimiz Heydər Əliyevdən gələn xəttin davamındayıq.
“Türkologiya” jurnalı beynəlxalq indeksdə
AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı 10 oktyabr 2017-ci ildə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən MLA (Modern Language Association) tərəfindən Beynəlxalq Dil Assosasiyasının Biblioqrafiyasına daxil edilib. Bu əlamətdar hadisə ilə bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı cari ilin oktyabr ayında Modern Dil Assosasiyasının biblioqrafik indeksinə daxil edilmişdir.”
“Microsoft” şirkəti ikinci nəsil “Surface Book” hibrid planşetlərini təqdim edib
“Microsoft” şirkətinin nümayəndələri iddia edirlər ki, “Surface Book” hibrid planşetlərinin ikinci nəsli birincidən 5 dəfə daha sürətlidir. “Microsoft Surface Book 2” planşeti 13,5 və ya 15 düymlük sensor ekranlı (təsvir ölçüləri müvafiq olaraq 3000x2000 və 3240x2160 piksel) versiyalarda təqdim edilib. 13,5 düymlük sensor ekrana malik versiya “Intel Core i5-7300U” (2 nüvə, 2,6/3,5 QHs) və ya “Intel Core i7-8650U” (4 nüvə, 1,9/4,2 QHs) prosessorları, həmçinin 2 QB-lıq “GDDR5” yaddaşa malik “GeForce GTX 1050” diskret videokartı ilə təchiz edilə bilər.
“Microsoft” şirkəti ikinci nəsil “Surface Book” hibrid planşetlərini təqdim edib
“Microsoft” şirkətinin nümayəndələri iddia edirlər ki, “Surface Book” hibrid planşetlərinin ikinci nəsli birincidən 5 dəfə daha sürətlidir. “Microsoft Surface Book 2” planşeti 13,5 və ya 15 düymlük sensor ekranlı (təsvir ölçüləri müvafiq olaraq 3000x2000 və 3240x2160 piksel) versiyalarda təqdim edilib. 13,5 düymlük sensor ekrana malik versiya “Intel Core i5-7300U” (2 nüvə, 2,6/3,5 QHs) və ya “Intel Core i7-8650U” (4 nüvə, 1,9/4,2 QHs) prosessorları, həmçinin 2 QB-lıq “GDDR5” yaddaşa malik “GeForce GTX 1050” diskret videokartı ilə təchiz edilə bilər.
İlk üzən elektrostansiya istifadəyə verilib
Norveçin "Statoil" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Şotlandiyanın Aberdinşir vilayəti sahilində "Hywind" adlanan dünyanın ilk üzən elektrostansiyasını istifadəyə veriblər. Layihə saytında verilən məlumata görə, 30 meqavat gücündə stansiya sahildən 25 km məsafədə enerji hasilinə və Piterhed şəhərinin enerji ilə təchizatına başlayıb. Üzən stansiyanın ümumilikdə 20 min ev təsərrüfatının tələbatını ödəyəcəyi nəzərdə tutulur.








.jpg)




