Fondlarda mühafizə olunan təhsilə dair sənədlərin təqdimatı
AMEA Mərkəzi Elmi Kitabxanasında “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı" adlı tədbir keçirilib. Olaylar bildirir ki, slaydlı təqdimatı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Surə Məmmədova təqdim edib. MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təsnifatını aparan S.Məmmədova fəlsəfə, psixologiya, məntiq, ictimai və humanitar elmlər, riyaziyyat, tibb elmləri, texnika, incəsənət, tarix, coğrafiya, informasiya texnologiyaları, kitabxanaçılıq kimi elm sahələri üzrə seçilmiş dərsliklərin bir qrupunun siyahısını açıqlayıb.
20 Oktyabr 2017 21:07 SosialAMEA Mərkəzi Elmi Kitabxanasında "MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı" adlı tədbir keçirilib.
Olaylar bildirir ki, slaydlı təqdimatı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Surə Məmmədova təqdim edib. MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təsnifatını aparan S.Məmmədova fəlsəfə, psixologiya, məntiq, ictimai və humanitar elmlər, riyaziyyat, tibb elmləri, texnika, incəsənət, tarix, coğrafiya, informasiya texnologiyaları, kitabxanaçılıq kimi elm sahələri üzrə seçilmiş dərsliklərin bir qrupunun siyahısını açıqlayıb.
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiyası fakültəsinin dekan müavini Mehmanəli Məmmədov tədbiri təqdirəlayiq adlandırıb. Müxtəlif elm sahələrində zəruri olan mənbələrin MEK-də təmin edilməsini vacib sayan AMEA Fəlsəfə İnstitununun əməkdaşı, fəlsəfə doktoru Əntiqə Paşayeva isə bu sahədə rast gəlinən müəyyən boşluqları göstərib.
Azərbaycan Memarlıq və İnşaat Universiteti kitabxanasının əməkdaşı Fəridə Abdullazadə Mərkəzi Elmi Kitabxananın son illər kitabxanaçılıq sahəsindəki yeniliklərindən danışıb, xüsusilə 2014-cü ildən həyata keçirilən Milli Rəqəmsal Yaddaş layihəsinin və kitabxana işi üzrə təşkil edilən İxtisas fondunun əhəmiyyətinə toxunub.
Tədbirin yekununda Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in strateji hədəflərindən biri kimi fondlarda mühafizə olunan sənədlərin akademik icmanın, geniş oxucu auditoriyasının diqqətinə çatdırılması olduğunu bildirib. MEK-in statistik göstəricilərinə əsasən MEK oxucularının böyük bir hissəsinin tələbələr olduğunu bildirən L.İmanova qeyd edib ki, təqdimatın məqsədi həm fondların formalaşdırılması məqsədilə aparıcı tədris müəssisələrinin və oxucuların rəyinin öyrənilməsi, həm də fondların formalaşdırlması prosesinə oxucuların təsir imkanlarını səsləndirməkdir.