Görkəmli bəstəkar Tofiq Quliyev anıldı

Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Azərbaycan musiqisi xəzinəsi” adlı anım mərasimi keçirilib. Universitetin Auditoriya+ proqramı çərçivəsində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının birgə təşkil etdiyi tədbirdə görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı mühüm xidmətlərindən bəhs edilib. Olaylar bildirir ki, tədbir iştirakçılarını salamlayan ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Tofiq Quliyev yaradıcılığının milyonlarla dinləyicinin qəlbini fəth etdiyini bildirib: “Biz ulu öndərimiz Heydər Əliyevdən gələn xəttin davamındayıq.

Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Azərbaycan musiqisi xəzinəsi" adlı anım mərasimi keçirilib. Universitetin Auditoriya+ proqramı çərçivəsində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının birgə təşkil etdiyi tədbirdə görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı mühüm xidmətlərindən bəhs edilib.

Olaylar bildirir ki, tədbir iştirakçılarını salamlayan ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Tofiq Quliyev yaradıcılığının milyonlarla dinləyicinin qəlbini fəth etdiyini bildirib: "Biz ulu öndərimiz Heydər Əliyevdən gələn xəttin davamındayıq. Öz klassiklərimizə, ustadlarımıza və müəllimlərimizə verilən qiymət bu gün də Prezident İlham Əliyevin verdiyi qiymətlə üst-üstə düşür. Bu gün biz Prezident İlham Əliyevin Sərəncamına əsasən təşkil olunan tədbirdə Tofiq Quliyevi yad edirik. Mən Tofiq Quliyevlə tanış olmaq şərəfinə nail olmuşam. Tofiq Quliyev böyük ürəyi olan insan idi. O, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran çox nadir insanlardan idi."

Daha sonra Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Eldar Quliyev Tofiq Quliyevin həyat və yaradıcılığında şahid olduğu məqamlardan bəhs edib. E.Quliyev atasının yaradıcılığı boyu ətrafdan gördüyü yüksək münasibətdən söhbət açıb: "1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində Heydər Əliyev Tofiq Quliyevə xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq".

Tədbirdə ADU-nun İsrailşünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Şahverən Babayev "Nargilə" və "Pəri" mahnılarını ifa edib, bəstəkarın mahnıları və rəqs nümunələri nümayiş etdirilib.

Sonda Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının şagirdləri tədbirdə fəal iştiraklarına görə ADU rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31