Gündəm

Almaniyada robot poçtalyonlar bağlamaları çatdıracaqlar

20 Oktyabr 2017 19:49

Bad-Hersfeld şəhərinin meri eksperimental infrastruktur layihəsinin reallaşdırılmasına yaşıl işıq yandırıb. Yaxın 6 həftə ərzində DHL çatdırma xidmətinin poçtalyon və əməkdaşları robotlarla birgə işləməyə başlayacaq. Avtonom işləyən maşınlar şəhərin küçələrində sərbəst hərəkət edərək bağlamaları çatdıracaqlar. DHL şirkəti innovasiya və cəsarətli qərarlara istəyini açıq şəkildə nümayiş etdirir. Cari payızda avtonom maşınlar parkının yaradılmasına start verilib və ilk maşınlar “Parcelcopter” və “PostBOT” robotları olub. Biri uçur, ikincisi hərəkət edir və hər ikisi maşın təlimi bacarıqlarından istifadə edərək bağlamaları çatdırır.

“5G” şəbəkələri üçün marşrutlayıcının uğurlu sınaqları keçirilib

20 Oktyabr 2017 19:45

“Huawei” şirkəti “Slicing” (servis təbəqələrinə bölünmə) və “50GE Flexible Ethernet” (FlexE) texnologiyaları əsasında “5G” marşrutlayıcısının uğurlu sınağını keçirib. Söhbət telekommunikasiya texnologiyalarında ixtisaslaşan və dünyanın aparıcı müstəqil sınaq mərkəzlərindən biri hesab edilən Avropa Şəbəkə Texnologiyalarının Test Mərkəzində (EANTC) aparılan tədqiqatdan gedir. Məlumata görə, “50GE FlexE” texnologiyası əsasında “ATN” seriyalı marşrutlayıcıların sınaqları zamanı “50GE” işçi rejimləri və “Flexible Ethernet” texnologiyası əsasında şəbəkə servis təbəqələrinin bölünməsi, buraxılış qabiliyyətinin genişləndirilməsi və mühafizənin dəyişdirilməsi test edilib.

Qlobal kibertəhlükəsizlik xərclərinin illik artımı nə qədər olacaq?

20 Oktyabr 2017 19:37

“International Data Corporation” (IDC) analitik şirkəti 2021-ci ildə dünyada informasiya təhlükəsizliyi sahəsində avadanlıq, proqram təminatı və servislər üçün xərclərin 120 milyard dollara yaxın olacağını proqnozlaşdırır.     Bütün sahələr tərəfindən artan kibertəhdidlərin öhdəsindən gəlmək və təhlükəsizlik sahəsində tələblərə cavab vermək məqsədilə kibermühafizə üçün vəsaitlərin ayrılması nəzərə alınaraq 2016- 2021-ci illərdə bu məqsədlər üçün xərclərin orta hesabla 9,6 faiz artacağı gözlənilir. Şirkətin qiymətləndirməsinə görə, 2017-ci ildə kibermühafizə aparat və proqram vasitələri və müvafiq servislərə investisiyalar 10,3 faiz - 83,5 milyard dollaradək artacaq. Bu məbləğin 80 faizindən çoxu xidmətlər və proqram təminatına sərf olunacaq.

Elektron imzanın rəqəmsal ticarətdə perspektivləri genişlənir

20 Oktyabr 2017 19:25

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Bakıda birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfrans keçirilib.   "Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransın açılış nitqini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk olaraq elektron ticarət və elektron kommersiya sahəsində dövlət – özəl əməkdaşlığı üçün gözəl bir nümunədir.

“Google Play” proqramları quraşdırmazdan öncə onları yoxlamağa imkan verəcək

20 Oktyabr 2017 19:17

“Google Play” proqramlar mağazasında istifadəyə verilmiş yeni “Instant Apps” funksiyası smartfona quraşdırılmamış proqramı işə salmağa imkan verəcək. Bu, proqram səhifələrində "indi yoxla" düyməsi şəklində reallaşdırılıb. Hazırda bu imkan yalnız ABŞ-da bir neçə proqram üçün əlçatandır, amma yaxın vaxtlarda bu funksiyanın dünyada bütün “Android” istifadəçiləri üçün əlçatan edilməsi planlaşdırılır.

“iOS 11” sisteminin bazar payı azalmağa başlayıb

20 Oktyabr 2017 19:14

Real vaxt rejimində “iOS” sistemi ilə işləyən elektronikanın statistikasını izləyən “Mixpanel” servisinin məlumatına əsasən, “iOS 11” mobil əməliyyat sisteminin təqdim edilməsindən sonra ilk dəfə onun bazar payı azalmağa başlayıb.  “ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “iOS 11” sistemi 19 sentyabr 2017-ci il tarixində təqdim edilib. 24 saat bu versiyanı “iPhone”, “iPad” və “iPod touch” istifadəçilərinin 10,1%-i yükləyiblər. Bir, iki və üç həftə sonra yeni sistemin bazar payı müvafiq olaraq 25%, 35% və 47% təşkil edib.

Bu gecə Yer sakinləri Orionida meteor axınını müşahidə edə biləcək

20 Oktyabr 2017 19:10

Oktyabrın 21-də Yer sakinləri ecazkar Orionida meteor yağışını izləyə biləcəklər. Meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə ediləcək. Bu səma şousunu şənbə gününə keçən gecə səma aydın olan zaman, Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq.

Dünya şöhrətli müğənni: “Bu dünyada qadın kimi yaşamaq asan deyil”

20 Oktyabr 2017 19:05

"Gözəllik daxildən gəlir. Özünüzü azad hiss etsəniz, ətrafınızı sizi xoşbəxt edəcək insanlarla doldursanız, hər zaman gözəl qalmamaq üçün bir səbəb yoxdur. Məncə, mən 10 il əvvəllə müqayisədə daha gözəl görünürəm, çünki problemləri artıq özümə o qədər çox yük etmirəm".

Futbolun "First Lady"si klub alır

20 Oktyabr 2017 19:00

Şeyx Mansurun "Mançester Siti"ni almasına dəstək olan Amanda Staveley bu dəfə satışa çıxarılan "Nyukasl Yunayted"i özü almaq niyyətindədir.  Adı məşhur iş adamları sırasında çəkilən Amanda Premyer Liqa klubun almağa namizədlər arasında ən iddialısıdır. "PCP Capital Partner"in sahibinin 300 milyon funt sterlinqə satışa çıxarılan "Nyukasl"ı əldə etmək üçün ilk danışıqlarda müsbət cavab aldığı bildirilir.

Ofisi qarət edən şəxs yaxalanıb

20 Oktyabr 2017 18:54

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin 3 avtomobildən və 1 ofisdən də oğurluq etdiyi müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elşən Mustafayevin ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 19-dan oktyabrın 2-dək olan müddətdə 3 avtomobildən və 1 ofisdən mobil telefon, akkumulyator və maqnitofon oğurlaması da müəyyən edilib.

Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib

20 Oktyabr 2017 18:50

Narkotik vasitə ilə tutulan şəxsin törətdiyi digər cinayət əməli də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, narkotik vasitə ilə tutulan Zakir Teymurovun ətrafında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 7-də rayon ərazisindəki 1 evdən su mühərriki, ərzaq məhsulları və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Oğurluqla məşğul olan Nardaran sakini tutulub

20 Oktyabr 2017 18:47

Oğurluqda şübhəli bilinən Nardaran qəsəbə sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-dən oktyabrın 10-dək olan müddətdə 4 nəfərə məxsus həyətyanı sahələrdən 1 baş qoyun, elektrik naqili və su mühərriki oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Etibar Rzazadə tutulub.

İnfarktın qarşısını alan makaron istehsal edildi

20 Oktyabr 2017 18:43

İtaliyanın Toskana şəhərində yerləşən “Sant Anna” tədqiqat məktəbinin elm adamları infarktın qarşısının alınmasında effetiv olan makaron hazırlayıb. Yeni makaron çeşidi vücudu stressə və damar xəstəliklərinə qarşı daha müqavimətli edir.

Ayda 50 kilometrlik mağara tapıldı

20 Oktyabr 2017 18:38

Ayın ətrafında dövr edən və Yaponiyaya aid "Selene" kosmik aparatı 50 metr eni, 50 metr dərinliyi olan bir mağara kəşf edib.  Yaponiya Kosmik Araşdırmalar Agentliyi mağaranın radio dalğaları ilə incələndiyini və səthinin altındakı boşluğun 50 km uzunluğunda olduğunu bildirib. Yaponların kəşf etdiyi mağarada su və buz ola bilər. Yeni kəşf Ayda bazar qurmaq ümidlərini artırıb.

Türkiyə namizəd şəhərləri açıqladı – Avro-2024 üçün

20 Oktyabr 2017 18:34

Türkiyə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərləri açıqlayıb. Məlumata görə, həmin şəhərlər İstanbul, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Kayseri, Trabzon, Kocaeli və Ankaradır.