Gündəm

İş axtaran qız ona edilən təklifdən şok oldu: mesajı paylaşdı - FOTOFAKT

20 Oktyabr 2017 18:30

Ankarada G.K. adlı iş axtaran tibb bacısı müraciət etdiyi iş elanında aldığı təkliflə həyatının şokunu yaşayıb. 5 illk tibb bacısı təcrübəsi olan G.K. həftədə 2 gün "Ankarada tibb bacısı axtarılır" elanına görə müraciət etmək istəyib.  Həftədə 2 gün olduğunu görüncə növbəli iş rejimi olduğunu düşünərək saytda elanın altında yazılan nömrəyə zəng etsə də cavab verən olmayıb.

İsrailin baş naziri Putin və Merkelə zəng etdi

20 Oktyabr 2017 18:25

İsrailin Baş naziri Benyamin Netanyahunun Almaniya kansleri Angeal Merkel və Rusiya prezidenti Vladimir Putinlə gizli telefon danışığının mövzusu yayılıb.

Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək

20 Oktyabr 2017 18:20

Bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişiklərin edilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Şəmkirdə valideynlər və şagirdlərlə keçirilən görüşdə bildirib ki, cari tədris ilində XI sinfi bitirənlərə iki dəfə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək.

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!

20 Oktyabr 2017 18:18

iPhone 8 və iPhone 8 Plus cihazlarıının Azərbaycanda rəsmi təqdimatçısı olan Azercell Telekom müştərilərinə yeni cəlbedici kampaniya ilə yeni iPhone 8 smartfonunu təqdim etməkdən məmnunluq duyur. Beləliklə, ayda cəmi 109 AZN ödəməklə abunəçilər ən müasir smartfona sahib olacaq və 30GB həcmində “Hədsiz” İnternet paketini əldə edə biləcəklər. 20-26 oktyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün “Hədsiz” tarifindən pulsuz istifadə qazanacaqlar.

Keçmiş Türkiyə gözəli reanimasiyaya yerləşdirildi

20 Oktyabr 2017 18:15

1975-ci ildə Türkiyəni ikinci gözəli seçilən Manolya Onur reanimasiyaya yerləşdirilib. Keçmiş model ötən gün qəfuildən ürəyini tutaraq yerə yıxılıb. Xəstəxanaya çatdırılan Manolyanın ağciyərinə gedən damarlardan birinin tıxandığı müəyyən olunub. 

Alim Qasımov haqda film çəkilib

20 Oktyabr 2017 18:11

Xalq artisti Alim Qasımovla bağlı film çəkilib.  Ekran işi “Ömrün 60-cı ili” adlanır. Film xanəndənin yubileyinə həsr olunub. Filmin rejissoru Ruşen Seyidə, quruluşcu rejissoru Hakan Kürklü, operatoru Akın Özendir.  Ekran işində A.Qasımovun həyatından, ailəsindən və yaradıcılığından bəhs edilib. 

Azərbaycan 6 universitetin reytinqi yüksəlib

20 Oktyabr 2017 18:06

Bu günlərdə Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqinin açıqlayıb.

Vaqif Əsədov: "Sərxoş sürücüləri necə müəyyən ediriksə, söhbət edənləri də elə müəyyən edəcəyik"

20 Oktyabr 2017 18:05

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov maşın sürərkən dostu ilə söhbət edən sürücünün yol polisi tərəfindən saxlanılması ətrafında yaranan mübahisəyə münasibət bildirib.

Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı”na start verilib

20 Oktyabr 2017 18:02

Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir.

Avtomobil qaçıran şəxs tutulub

20 Oktyabr 2017 17:54

 Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Abşeron RPİ və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Abşeron rayon sakini Rasim Məmmədova məxsus qaçırılan “Opel” markalı avtomobil həmin gün Salyan rayonunun Sarvan kəndi ərazisində saxlanılıb və onu idarə edən Bakı şəhər sakini Cavidan Əliyevlə birgə Salyan RPŞ-yə təhvil verilib.

Qəza nəticəsində piyada hadisə yerində ölüb

20 Oktyabr 2017 17:51

Qaradağ rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Masallı şəhər sakini Sərdar Əzizov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Narın Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb

20 Oktyabr 2017 17:45

Siyəzən və Tovuz rayonlarında mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 21-də naməlum şəxslər Siyəzən rayonunda İsgəndər İsgəndərova məxsus mağazanın şüşəsini sındıraraq obyektə daxil olub, oradan pul, tütün məmulatları və digər əşyalar oğurlamaqla zərərçəkənə ümumilikdə 2400 manat ziyan vurublar.

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

20 Oktyabr 2017 17:43

ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb. Məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “EducationUSA” təhsil yarmarkasında deyib. Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib. 

D-8 ölkələrinin birgə universiteti yaradılacaq - İRANDA

20 Oktyabr 2017 17:42

İranda D-8 sammiti ölkələrinin birgə universiteti yaradılacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu universitetdə bütün D-8 ölkələrinin tələbələri təhsil ala bilər. R.T.Ərdoğan həmçinin əlavə edib ki, D-8 ölkələri bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir.

Sükan arxasında söhbət edənlər cərimələnəcək? - Yol polisi məsələyə nöqtə qoydu

20 Oktyabr 2017 17:39

Baş Dövlət Yol Polisi İdarəsi son günlər sürücülərin sükan arxasında söhbət etməsi hallarına cərimə tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirib. Məlumata görə, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev  bildirib ki, bir çoxları bu məsələni fərqli şəkildə təqdim edir: “Bu məsələdə söhbət sürücünün sükan arxasında danışmasından getmir.