25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb
ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb. Məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “EducationUSA” təhsil yarmarkasında deyib. Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib.
20 Oktyabr 2017 17:43 SosialABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb. Məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "EducationUSA" təhsil yarmarkasında deyib. Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib. Onun sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-da əsasən incəsənət, xarici dillər, texnologiya, neft-qaz kimi sahələrdə təhsil alır. Trend.az